Müdafiə Nazirliyi hərbi hissələrə qəbul elan edir

Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub. Minlərlə müraciətləri nəzərə alaraq, Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb.

Aprel hadisələrindən sonra Ordunun nüfuzunun artması, vətəndaşlarımızda ruh yüksəkliyi və döyüş əzminin yüksəlməsi Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlardan çoxsaylı müraciətlərin daxil olmasına səbəb olub. Minlərlə müraciətləri nəzərə alaraq, Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, hərbi xidmətə qəbul olmaq üçün ali təhsil müəssisələrinin humanitar fakültələrini (filologiya, pedaqoqika, tarix, coğrafiya, sosiologiya, psixologiya, politologiya, jurnalistika və s.) bitirmiş, müddətli həqiqi hərbi xidmət keçmiş, 28 yaşı tamam olmayan, fiziki cəhətdən sağlam və kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Zabit kimi əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, humanitar ali təhsilli (28 yaşı tamam olmayan) ehtiyatda olan hərbi qulluqçular da qəbul ilə bağlı müraciət edə bilərlər. Namizədlər söhbətləşmə və ixtisas seçimindən, sənədlərin toplanıb təqdim olunmasından, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında yoxlamadan keçdikdən sonra müvafiq kurslara qəbul olunacaqlar. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələrə təyin ediləcəklər. Bağlaşma (müqavilə) yolu ilə xidmət etmək üçün minimal xidmət müddəti 1 il 6 aydır. Həmin müddətdən sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək arzusunda olanlar kadr zabitləri heyətinə keçirilə bilərlər. Xidmət dövründə həmin şəxslər Silahlı Qüvvələrin hərbi qulluqçularına şamil olunan bütün imtiyazlardan istifadə hüququna malik olacaqlar. Namizədlər 2016-cı ilin sentyabrın 5-dən oktyabrın 15-dək Silahlı Qüvvələrin Təlim və Təlim Mərkəzinə müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31