İslam Kərimovun səhhətinin ağır olduğu dövrdə...

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfər edəcək.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfər edəcək.

Özbəkistan prezidenti İslam Kərimovun səhhətinin ağır olduğu dövrdə qonşu ölkə başçısının səfəri çox böyük bir jestdir.

Bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib: "Türk dövlətlərinin qardaş münasibətləri çox vacib bir amildir, türk dövlətləri birlikdə güclüdürlər. Qardaş qardaşa ağır gündə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31