Siyasət

Həmsədrlər bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər

1 Sentyabr 2016 18:37

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ayın sonunda BMTBaş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklər.

Milli Olimpiya komandasının üzvləri təltif edildi (SİYAHI)

1 Sentyabr 2016 18:33

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

1 Sentyabr 2016 18:29

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu ünvanlayıb.

X.Xələfov: Azərbaycanla Kolumbiya arasında əməkdaşlıq üçün daha böyük potensial var

1 Sentyabr 2016 17:58

Xarici işlər nazirinin müavini Xələf Xələfov Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Gillermo Kastro Benettini qəbul edib.

Təranə Kərimova: "Əli Kərimlinin xəyanətkar obrazı hər kəsə məlumdur"

1 Sentyabr 2016 17:06

"Ölkəmizin daha güclü tərəqqisinə təkan verəcək Referendum Aktı layihəsi xalqımız tərəfindən alqışlanır, çünki dünyanı bürüyən siyasi və iqtisadi böhrandan yalnız inkişaf yolu ilə çıxmaq olar. Mən təəssüf edirəm ki, özlərini müxalifət lideri adlandıran bəzi siyasətbazlar hələ də öz ucuz təfəkkürlərinə əsaslanaraq, meydan siyasəti ilə məşğul olurlar". Bu fikirləriSİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar şurasının sədri Təranə Kərimova AXCP sədri Əli Kərimlinin xalqı itaətsizliyə çağırmasına münasibətini bildirərkən deyib.

Azərbaycanın diplomatik korpusu tvitterdə

1 Sentyabr 2016 17:01

"Newtimes.az'' analitik informasiya portalı bu ilin əvvəlindən Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı yeni bir layihə başlamışdır. Bu layihənin məqsədi diplomatik nümayəndəliklərin virtual məkanda fəaliyyətini izləməklə onların Azərbaycanın təbliğatı, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində sosial şəbəkələrdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır. Layihədə əsas vəzifə diplomatik nümayəndəliklərin beynəlxalq münasibətlərdə mühüm faktora çevrilən sosial şəbəkələrdən istifadəsindəki tendensiyaları göstərmək, çatışmazlıqları aradan qaldırmağa təşviq etməkdir.

Əli Kərilmlinin səfirlik sərgüzəştləri SİYASİ TƏHLİL

1 Sentyabr 2016 15:56

Üzərindən FETÖ lideri Fətullah Gülənlə bağlı çoxsaylı ittiham faktlarının ağırlığı ola-ola AXCP sədri Əli Kərimlinin bu dəfə digər bəhanə ilə insanları küçələrə səsləməsi özü-özlüyündə bir çox məqamları aşkarlayır.

Gizli Qarabağ müzakirəsi - İrəvana verilən vaxt başa çatdı

1 Sentyabr 2016 15:49

“Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. Ola bilsin ki, bu müzakirələr “Lavrov planı” ilə bağlıdır”.

“Ermənistan danışıqlardan vaxt udmaq üçün istifadə edir”

1 Sentyabr 2016 15:40

“Ermənistan deyilən bir dövlət normal hüquqi, demokratik dövlət deyil. Cinayətkar qurumdur və cinayətkarlar, terrorçular tərəfindən idarə olunur. Buna görə də onlarla xoş danışmaq, müzakirələr aparmaq heç bir nəticə vermir”. Bunu SİA-ya açıqlamasında sentyabrın 8-də Rusiya XİN-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək məsləhətləşmələrə münasibət bildirən millət vəkili Elman Məmmədov deyib.

Politoloq: "İrəvandakı tədbirin ləğvi Azərbaycan diplomatiyasının uğurudur"- MÖVQE

1 Sentyabr 2016 15:18

“Ermənistanın təxribatçı məqsədlərlə Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində İrəvanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi" bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbirin ləğv edilməsi Azərbaycan diplomatiyasının uğurudur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Biz əvvəllər bunu yazmışdıq... Gülən məktəbləri:Təhsil müəssisəsi, yoxsa casus şəbəkəsi?

1 Sentyabr 2016 14:16

Türkiyənin siyasi həyatında baş verən olaylar hər gün yeni bir məcraya qədəm qoyur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən tərəfdarları arasında yaşanan gərginlik seçki dövrünü yaşayan Türkiyənin siyasi həyatına təsirsiz ötüşmür.

Prezident İlham Əliyev: "Ölkəmizin qüdrəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq"

1 Sentyabr 2016 13:42

Ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq.

Prezident İlham Əliyev: ""Şahdəniz-2" təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir"

1 Sentyabr 2016 13:38

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı dərin özüllər zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

İlham Əliyev: "Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq"

1 Sentyabr 2016 13:36

Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq.