Biz əvvəllər bunu yazmışdıq... Gülən məktəbləri:Təhsil müəssisəsi, yoxsa casus şəbəkəsi?
Türkiyənin siyasi həyatında baş verən olaylar hər gün yeni bir məcraya qədəm qoyur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən tərəfdarları arasında yaşanan gərginlik seçki dövrünü yaşayan Türkiyənin siyasi həyatına təsirsiz ötüşmür.
1 Sentyabr 2016 14:16 SiyasətTürkiyənin siyasi həyatında baş verən olaylar hər gün yeni bir məcraya qədəm qoyur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən tərəfdarları arasında yaşanan gərginlik seçki dövrünü yaşayan Türkiyənin siyasi həyatına təsirsiz ötüşmür. Hələlik bu mübarizədə hər iki tərəf bərabər imkanlara malik hesab olunur. Bu arada maraqlı məqamlar üzə çıxmaqdadır. İddia edilir ki, Fətullah Gülən uzun illərdən bəridir ki, Türkiyənin siyasi həyatına təsir etmə gücünə malikdir və fərqli partiyaların Türkiyədə hakimiyyətə gəlməsində Gülənin əməyi az olmayıb. Bəs gerçəkdə Fətullah Gülən kimdir? 1970-ci illərin ortalarında Milli Görüş istiqamətində fəaliyyətə start verən Fətullah Gülən bir müddət sonra "Ak Yazili" Vəqfi qurmağa müvəffəq olur. Tədricən siyasi aləmə atılan Gülən çox keçmədən masson mərkəzləri ilə yaxınlıq əlaqələri qurur. Zaman keçdikcə dünyanın əsas siyasi güc mərkəzləri ilə əlaqə yaradan Gülən siyasətçilərlə bazarlığa başlayır. İlk baxışda Gülənin heç bir rəsmi etiketi və dini təmsil etmə səlahiyyəti olmadan şəxsi səy və bacarığı ilə belə bir nüfuz sahibi olduğu görünsə də, əslində o , "qlobal şəbəkə " nin və sionist istismarçı sərmayənin artıq bir maşası idı.
Hazırda Fətullah Gülənin rəhbərlik etdiyi Nur hərəkatı uzun illərdir ki, səhnədədir və Türkiyədə ən geniş yayılmış dini hərəkatdır. Həmçinin nurçular dünyada da geniş yayılıblar. Gülən hərəkatın enerjisinin böyük bir hissəsini məktəblərin açılması və iş yerlərinin qurulması da daxil olmaqla, təhsillə əlaqədar səylərə yönəltməkdədir. Nur hərəkatı fikirlərində rasionalistdir və plüralist bir cəmiyyət içində digər dini görüşlərə qarşı xoşgörüşlü olmağa böyük əhəmiyyət verir. Nur hərəkati Türkiyədə 236 ilk və orta məktəb, keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdə isə 280 məktəbə sahibdir. 200-dən artıq dini vəqf və 211 ticarət şəbəkəsi həmin müəssisələrin maliyyəsini təşkil edir. Nurçuların bir siyasi partiya qurma niyyətləri olmasa da, lakin hərəkatın liderləri hər zaman Türkiyənin siyasi partiyalarında, islamçı partiyalarda təmsil olunublar. Türkiyə siyasətində amansız şəriət düşməni kimi tanınan mərhum Bülənt Ecevitin belə Fətullah Gülənin ünvanına təriflər yağdırdığı bildirilir. Hətta Ecevit fətullahçıları partiyasından namizəd olaraq millət vəkili seçilmələrinə yaşıl işıq yandırıb.
Bir müddət əvvəl Rusiyada Gülən məktəblərinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı atılan addımlar və gətirilən əsaslar fətullahçıların İsrailə xidmət etdiklərini bir daha təsdiqləmiş oldu. Belə ki, Rusiyada Gülənə bağlı müxtəlif şirkətləri nəzarətə götürən ölkə rəhbərliyi həmin obyektlərin, eləcə də Gülən məktəblərinin Amerikan və İngilis casusu yetişdirdiyi iddiasını ortaya qoydu. Maraqlıdır ki, Rusiyada da Azərbaycanda olduğu kimi bəzi vəzifəli şəxslərin nurçulara bağlı olduğu iddia edildi. Hətta bir neçə vəzifəli şəxs buna görə işindən azad olundu. Aparılan uzun araşdırmalardan sonra iddialar öz təsdiqini tapdı və Rusiya səlahiyyətliləri Fətullah Gülən məktəblərini açıqca "Amerikan və İngilis casusu yetişdirmə mərkəzi" olaraq təyin etdi. Bu arada bir məqamı qeyd edək ki, hələ 2000-ci ilin iyun ayında Moskvada nəşr olunan "Nezavisimaya qazeta" Fətullah Gülənin Rusiyadakı tərəfdarlarının hakimiyyət orqanlarına yol tapdıqlarını yazmışdı. Qəzet Rusiyadakı Gülən məktəblərində Amerikan heyranlığı və İsrail təbliğatının aparıldığını da qeyd edirdi. Fətullah Gülənin indiki planı isə Birləşmiş Ştatlarda amerikalılara və türklərə də təhsil verəcək bir universitet açmaqdır. Virginia əyalətinə bağlı kiçik bir ərazidə, Stauntonda boşaldılmış xəstəxana binasını götürən fətullahçı qrupun burada mindən çox şagird tutumlu bir universitetin qurulması işlərinə başladığı bildirilir. Hətta fətullahçıların Staunton bələdiyyəsi ilə əldə etdiyi anlaşma əsasında dünyanın müxtəlif ölkələrindən buraya gələcək tələbələrin bələdiyyə ərazisində qalmasına icazə veriləcəyi də vurğulanır. Ancaq Gülənin hansı vasitə ilə buna nail olduğu sirr olaraq qalır. Bundan başqa Gülən Londonda kollec açmağa da müvəffəq olub.
Süleyman
"Olaylar"qəzeti, 12 Mart 2014