Siyasət

İlham Əliyev: "Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq"

1 Sentyabr 2016 13:36

Azərbaycanın digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artacaq.

Politoloq: "Bugünkü müzakirələrdən müsbət heç nə gözləmirəm"

1 Sentyabr 2016 13:19

“Bu gün Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirələrindən müsbət nəticə əldə ediləcəyinə inanmıram”. Bunu  SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

AXCP və “Azadlıq” qəzetinin Gülənlə əlaqələri ortaya çıxdı ŞOK GİZLİNLƏR

1 Sentyabr 2016 13:16

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və bu partiyanın ruporu olan “Azadlıq” qəzetinin Fətullah Gülən şəbəkəsi ilə ciddi əlaqələri ortaya çıxıb. Türkiyədəki diplomatik mənbədən əldə etdiyi məlumata görə, Fətullah Gülənin Azərbaycandakı “imamı” olmuş “Çag Öyrətim” işlətmələrinin prezidenti Ənvər Özərən 2010-2013-cü illərdə AXCP rəhbərliyi ilə yaxın təmas saxlayaraq, partiyaya gizli dəstək verib.

Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

1 Sentyabr 2016 11:50

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu təbrik edib. Məlumata görə, təbrikdə deyilir: "Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

“Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib

1 Sentyabr 2016 11:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Cəbhədə erməni silahları susmur

1 Sentyabr 2016 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

Referendumla bağlı bir neçə mərhələ başa çatır

1 Sentyabr 2016 11:20

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar daha bir neçə mərhələ bu gün başa çatır. SİA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində, yaxud konsul idarələrində qeydə alınan seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi müddəti bu gün başa çatır.

Ərdoğandan tarixi "hə"

31 Avqust 2016 17:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin normallaşması qanununu təsdiqləyib.

MSK-da 161 müşahidəçi qeydiyyatdan keçib

31 Avqust 2016 17:16

Bu günə qədər referendumla əlaqədar  Mərkəzi Seçki Komissiyasında (MSK) 161 müşahidəçi qeydiyyatdan keçib.  SİA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında  açıqlayıb. 

Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr aparılacaq

31 Avqust 2016 17:13

Sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı plan üzrə məsləhətləşmələr aparılacaq.

Azərbaycanda timsah rəqs edən zavallıları uddu

31 Avqust 2016 17:09

Hər siyasətçinin ən gərəkli, vacib xüsusiyyətlərindən biri də onun gerçəkliyi anlamaq bacarığı, adekvatlığıdır. İstini soyuq, sazağı börkü, alatoranı sübh, gündoğarı da zülmət sayan kəslər əsla lider ola bilməzlər. Belələri ən yaxşı halda onlara hələ də inanan tək-tük insanları çaşdırırlar, aldadırlar, nəyəsə ümidvar edirlər.

Azərbaycan çox təqdirəlayiq addım atdı

31 Avqust 2016 17:01

Azərbaycan Rusiya paralimpiyaçılarının Paralimpiya Oyunlara buraxılmamasına görə ona verilən əlavə 3 lisenziyadan imtina edib.

Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

31 Avqust 2016 15:58

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasına səfəri avqustun 31-də başa çatıb.

Ştaynmayer: ATƏT XİN başçıları sabah Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

31 Avqust 2016 15:57

ATƏT Xarici İşlər Nazirlərinin qeyri-formal Şurasında aktual gündəmin bütün məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

Deputatlar prezidentə qarşı birləşdi - İstefaya göndərilir

31 Avqust 2016 15:46

Braziliya parlamentinin Ali palatası prezident Dilma Russeffin impiçment məsələsi üzrə səvermənin tarixini açıqlayıb.