Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu təbrik edib. Məlumata görə, təbrikdə deyilir: "Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
1 Sentyabr 2016 11:50 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu təbrik edib.
Məlumata görə, təbrikdə deyilir: "Özbəkistanın milli bayramı - Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə qardaş Özbəkistan dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.
Əminəm ki, xalqlarımız arasında dərin tarixi köklərə malik olan ənənəvi dostluq, qarşılıqlı dəstək münasibətləri bundan sonra da Azərbaycan-Özbəkistan əməkdaşlığının və tərəfdaşlığının dinamik inkişafı və dərinləşməsi üçün etibarlı təməl olacaq.
Hörmətli İslam Abduqəniyeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq diləyirəm".