MDB-nin Minskdəki mənzil-qərargahında Azərbaycanın terrorizmə qarşı mübarizə üzrə təcrübəsi müzakirə ediləcək
Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş Prokurorlar Koordinasiya Şurasının 26-cı iclası keçiriləcək.
2 Sentyabr 2016 14:19 SiyasətMinskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Baş Prokurorlar Koordinasiya Şurasının 26-cı iclası keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları Azərbaycanın terrorizmə qarşı mübarizə, Ermənistanın iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərin istintaqına nəzarət, Belarusun iqtisadi cinayətkarlığa qarşı mübarizə üzrə təcrübəsini müzakirə edəcəklər.
İclasda növbəti müddətə Şuranın sədri seçiləcək və növbəti iclasın keçirilmə tarixi və yeri təyin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31