Siyasət
Azərbaycan XİN rəhbəri: “Mövcud “status-kvo” qəbuledilməz və qeyri-davamlıdır”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMTBaş Assambleyasının 71-ci sessiyası çərçivəsində Avstraliya xarici işlər naziri Culiya Bişopla görüşüb.
AŞPA Azərbaycanda referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək
AŞPA Azərbaycanda referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək AŞPA Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək.
Putinlə bağlı ŞOK PROQNOZ: “Növbəti beş il yaşamayacaq”
Seçki dairələrində müşahidə aparmaq istəyənlər üçün SON GÜN
Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bir sıra prosedurlar bu gün başa çatır.
Radikal müxalifətin təşkil etdiyi mitinq iştirakçılarının əksəriyyəti....
Azərbaycana qarşı müntəzəm olaraq tətbiq edilən ikili standartlar, qərəzli, qeyri-obyektiv yanaşma yenidən özünü çılpaqlığı ilə büruzə verir. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni-kütləvi, beynəlxalq əhəmiyytli tədbirlər keçirlən zaman hərəkətə keçən Qərbin “demokratiya” carçıları və onların ölkəmizdəki əlaltılarının bu dəfəki hədəfi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dıəyişikliklərlə əlaqədar keçiriləcək ümumxalq səsverməsi, referendumdur.
Dövlət və vətəndaş münasibətlərində yeni mərhələyə keçid
Sentyabrın 26-da ölkədə keçiriləcək ümumxalq səsverməsinə sayılı günlər qalır. Referendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində müxtəlif təşəbbüs qrupları tərəfindən keçirilən görüşlərdə ölkənin Ana qanununa ediləcək dəyişikliklərin dövlətçilik, milli maraqlar, eləcə də ölkəmizin gələcək inkişafı, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması baxımından əhəmiyyəti seçicilərin diqqətinə çatdırılıb.
Güclü parlament, yoxsa güclü prezident institutu?
Son 100 illik tariximizə baxsaq görərik ki, Azərbaycan çox mürəkkəb tarixi şəraitdə, keçid dövrlərinin burulğanlarında yaşamalı olub. Oktyabr inqilabından (1917) qabaq ölkəmiz Rusiyanın tərkibində müstəmləkə olub. 1918 - ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan edib, müstəmləkə səviyyəsindən dövlət səviyyəsinə qalxaraq birinci keçid dövrünü yaşayıb.
İnsan hüquqları ilə bağlı dəyişikliklər müdafiə mexanizmini gücləndirir
26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin zərurətdən irəli gəlməsi siyasi ekspertlər tərəfindən təsdiqini tapıb. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişlərin əksini tapması isə daha vacib elementlərdən hesab olunur.
Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir
Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər vətəndaşların qanunla qorunan hüquqlarının müdafiəsinə hesablanıb. Elə bu səbəbdən də ümumxalq səsverməsinə çıxarılan məsələlərə insanların münasibəti birmənalıdır.
Olland Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazır olduğunu bəyan edib
Fransa prezidentiFransua Olland Qarabağ nizamlanması çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərini qəbul etməyə hazır olduğunu bəyan edib.
“Avropa parlamenti İlham Əliyevin dünənki çıxışından nəticə çıxaracaq”
“Ölkə başçısının dünən Avropa İttifaqı deputatlarını qəbul edərkən etdiyi çıxış həqiqətən də çox düzgün atılmış addımdır. Prezident çıxışı ilə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi”.
Ermənilər müxtəlif istiqamətlərdən atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.
MM-də Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclası keçirilib
Milli Məclisdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib. İclası açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla ölkəmiz arasında dialoq aparılmasının vacibliyini vurğulayaraq Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə bütün dünya üçün nümunədir.
AXCP rəsmisi: “Əli Kərimlinin bir neçə sifəti olduğunu hamı yaxşı bilir”
“Hər kəs yaxşı bilir ki, Əli Kərimli sonuncu mitinq şousu ilə ona verilən missiyanı uğurla başa çatdırmış oldu. Həmişəki kimi yenə də xalqın və müxalifətin birliyindən sui-istifadə etdi. Yenə də "həbs etdirmək" siyasətini işə salaraq bir neçə zavallı gəncləri həbsə atdırdı. Ölkədə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutan Yurd sədri özünün necə bir riyakar, satqın və "saxta müxalifətçi" olduğunu bir daha sübut etdi”. Bunu SİA-ya açıqlamasında alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev bildirib.
Bakını hədəfə aldılar, amma özlərini vurdular
"İnsan hüquqlarıi barədə çox danışanlar yalnız öz maraqlarının təminatı hüququnu nəzərdə tuturlar" (Vilhelm Şvebel)














