Radikal müxalifətin təşkil etdiyi mitinq iştirakçılarının əksəriyyəti....
Azərbaycana qarşı müntəzəm olaraq tətbiq edilən ikili standartlar, qərəzli, qeyri-obyektiv yanaşma yenidən özünü çılpaqlığı ilə büruzə verir. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni-kütləvi, beynəlxalq əhəmiyytli tədbirlər keçirlən zaman hərəkətə keçən Qərbin “demokratiya” carçıları və onların ölkəmizdəki əlaltılarının bu dəfəki hədəfi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dıəyişikliklərlə əlaqədar keçiriləcək ümumxalq səsverməsi, referendumdur.
21 Sentyabr 2016 13:32 SiyasətCəlal İbrahimov: "Məhz radikal dini cərəyan mənsublarıdır"
"Ölkəmizin sabitliyini, dincliyini, təhlükəsizliyini pozmağa çalışırlar"
Azərbaycana qarşı müntəzəm olaraq tətbiq edilən ikili standartlar, qərəzli, qeyri-obyektiv yanaşma yenidən özünü çılpaqlığı ilə büruzə verir. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni-kütləvi, beynəlxalq əhəmiyytli tədbirlər keçirlən zaman hərəkətə keçən Qərbin "demokratiya" carçıları və onların ölkəmizdəki əlaltılarının bu dəfəki hədəfi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dıəyişikliklərlə əlaqədar keçiriləcək ümumxalq səsverməsi, referendumdur. Qərbdəki "demokratlar" və onların ölkəmizdəki əlaltılarının məqsədi referendum öncəsi vəziyyəti gərginləşdirmək, ictimai-siyasi sabitliyi pozmaq və ölkəni xaosa sürükləməkdir. Elə son həftələr radikal müxalifətin keçirdiyi bir neçə mitinq də məhz bu məqsədə xidmət edir. Xalqın onlara dəstək vermədiyi, üzləşdikləri uğursuzluqları özlərində deyil, absurdcasına hakimiyyətdə axtaran radikalların bu səsinə təssüflər olsuin ki, Qərbdəki bəlli dairələr də səs verir, Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmadığını həyasızcasına iddia edirlər. Halbuki, elə bu günlərdə Avropa İttifaqının deputatlarından ibarət bir qrupun Azərbaycanda olduğu ərəfədə müxalifətin radikal qanadı heç bir məhdudiyyət tətbiq edilmədən Bakının mərkəzində öz mitinqini keçirdi. Bu öz-özlüyündə Azərbaycan dövlətinin demokratik dəyərlərə nə qədər sadiq olduğunun göstəricisi sayılmaqla bərabər, eyni zamanda Qərb "demokratlar"ının nə dərəcədə qeyri-səmimi və qərəzli olduğunu bir daha təsdiqləmiş oldu. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, Avropa Parlamentinin bir il bundan əvvəl Azərbaycanla bağlı qəbul etdiyi qərəz dolu qətnamədə iddia edilirdi ki, 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Bu faktın kökündən yanlış olduğunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən bir dahja onların diqqətinə çatdırdı: "Bildirilir ki, 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Yalandır. Nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, 2006-cı ildən əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan".
Hakim Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da deyir ki, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər məıqsədilə sentyabrın 26-na təyin olunan referendum əfərəsində icazəli mitinqin keçirilməsi, dövlətimizin demokratik bir cəmiyyət olduğunu göstərsə də, xarici qüvvələr sadəcə dövlətimizin demokratiyasından öz şəxsi çıxarlarında istifadə edirlər. Hakim partiya rəsmisi deyir ki, bu zaman isə həmin xarici qüvvələrin ölkəmizdəki maşalarından istifadə edilir: "Bu mitinq dünyada böhran yaradan xarici qüvvələrin dağıdıcı məqsəd və proektlərinə xidmət edən, radikal bir cəhddir. Dünyada pisxoloji savaşlar aparan xain qüvvələr, dünyanın bir çox coğrafiyalarında müxtəlif vasitələrdən istifadə edərək, dövlətlərin dinçliyini, sabitliyini və inkişafını məhv etməklə məşğuldurlar". Cəlal İbrahimov qeyd edib ki, radikal müxalifətin təşkil etdiyi mitinq iştirakçılarının əksəriyyəti məhz radikal dini cərəyən məsubları və xarici qüvvələrin havadarlığını həyata keçirən siyasi məqsədləri olan şəxslərdir: "Ölkəmizin sabitliyini, dinçliyini, təhlükəsizliyini pozmağa çalışırlar. Dünyada gedən siyasi böhran oyunlarından istifadə edən daxili qüvvələr bu formada vətəndaşlarımız arasında nifaq, parçalanma salmağa cəhd göstərirlər. İçtimai asayişi pozan həmin xain qüvvələr bilərəkdən dövlətçiliyimizə zərbə vurmaqla məşğuldurlar". Hakim partiya rəsmisi radikalların ölkədəki sabitliyi pozmaq cəhdinə və mitinqlər keçirməsinə ölkədə fəaliyyət göstərən bəzi xarici ölkə səfirliklərinin də dəstək nümayiş etdirdiyini vurğulayıb. Bütün bu cəhdlərə baxmayaraq Azərbaycanda mövcud siyasi sabitliyi pozmaq, ölkəni xaosa çevirmək istəyənlərinin niyyətinin baş tutmayacağını söyləyən Cəlal İbrahimov deyib ki, çünki Azərbaycan xalqı mövcud siyasi kursu dəstəkləyir, ona sadiqdir. Çünki mövcud hakimiyyət Azərbaycanın sürətli inkişafını təmin edir. Cəlal İbrahimov əmin olduğunu bildirib ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqı səsvermə prosesində aktivlik nümayiş etdirərək konstitusiya dəyişikliklərinin lehinə səs verəcək: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi xalqımızın birliyi, təhlükəsizliyi, inkişafı və daim var olması, eləcə də Azərbaycan Konstitusiyasından müəyyən qüvvələrin sui-istifadə etməməsi üçün ölkənin Ana Qanununa müəyyən dəyişikliklər və əlavələrin edilməsiylə bağlı təşəbbüsü alqışlanmalıdır. Məlumdur ki, bu məqsədlə sentyabrın 26-da Azərbaycanda Konstitusiya dəyişiklikləriylə bağlı referendum keçiriləcək. Azərbaycan dövlətinin güclənməsinə və güclü millət kimi gələcək hədəflərə getməsinə xidmət edən bu dəyişikliklərin, ümumxalq səsverməsiylə demokratik bir şəkildə həyata keçəcəyinə inanıram. Bu gün dünyanın bir sıra dövlətləri var ki, orada güclü millət hakimiyyəti, xalqa, dövlətə, vətənə xidmət yolunda yeterli gücü olmadığı üçün, Konstitusiyada dəyişikliklər edə bilmirlər. Azərbaycan Respublikası Konstitusiyasında bir necə maddə, bir neçə müddəa və müəyyən sözlərin əlavasiylə Ana Qanunumuz Prezident İlham Əliyevin liderliyində bir vəhdət təşkil edir".
Radikal müxalifətin təşkil etdiyi mitinq iştirakçılarının əksəriyyəti....
Cəlal İbrahimov: "Məhz radikal dini cərəyan mənsublarıdır"
"Ölkəmizin sabitliyini, dinçliyini, təhlükəsizliyini pozmağa çalışırlar"

Məhəmməd