İnsan hüquqları ilə bağlı dəyişikliklər müdafiə mexanizmini gücləndirir
26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin zərurətdən irəli gəlməsi siyasi ekspertlər tərəfindən təsdiqini tapıb. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişlərin əksini tapması isə daha vacib elementlərdən hesab olunur.
21 Sentyabr 2016 13:15 SiyasətVətəndaşların seçki hüququnu həyata keçirmək imkanı genişlənir
26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin zərurətdən irəli gəlməsi siyasi ekspertlər tərəfindən təsdiqini tapıb. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişlərin əksini tapması isə daha vacib elementlərdən hesab olunur. Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Elşad Nəsirov bildirib ki, hazırda irəli sürülən təklif əslində 18 mart 2009-cu il tarixli referendum zamanı 71-ci maddənin II hissəsinə əlavə edilmiş ikinci cümlənin təkmilləşdirilməsinə xidmət edir və yalnız müsbət cəhətdən xarakterizə edilə bilər. Belə ki, 71-ci maddənin II hissəsinin ikinci cümləsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Burada hüquq və azadlıqların məhdudlaşdırılmasının əsasları göstərilsə də, onun məhdudlaşdırılması dərəcəsi müəyyən olunmur. Bu baxımdan qeyd edə bilərik ki, 71-ci maddənin ikinci hissəsinə məhz bu məzmunda yeni cümlənin əlavə olunması Konstitusiyada təsbit olunan insan hüquq və azadlıqlarının əsas prinsiplərinin mahiyyətinə tamamilə uyğundur, insan hüquq və azadlıqlarının təminat mexanizminin təkmilləşdirilməsinə xidmət edir. Referendum Aktının 9-cu bəndində Konstitusiyanın 53-cü maddəsinin I hissəsində "heç bir halda" sözlərinin çıxarılması və "vətəndaşlığından" sözündən sonra "(onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla)" sözlərinin əlavə edilməsi təklif olunur. Təklif olunan dəyişiklikdən sonra 53-cü maddənin I hissəsi aşağıdakı məzmuna malik olur: "Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz." Bu baximdan araşdırılması zəruri olan məqam vətəndaşlığın qanunla itirilmə halları, onların hansı zərurətdən müəyyən olunması və ümumiyyətlə, Konstitusiyanın vətəndaşlıq hüququ ilə bağlı məsələləri müəyyən edən müddəaları ilə uzlaşması ilə bağlıdır. Hər bir dövlət öz vətəndaşlarının hüquq və mənafelərini müdafiə etmək, hətta vətəndaşları xarici ölkənin ərazisində olduqda belə onlara himayəçilik etmək vəzifəsi daşıyır. Konstitusiyamızda və¬tən¬daşlıq institutunun əsasları hüquq kimi 52-ci və 53-cü maddələrdə nəzərdə tutulur. Onun sözlərinə görə, insan hüquqlarının qorunmasına xidmət edən digər əlavə və dəyişikliklər də eyni məqsədlər üçün nəzərdə tutulur. Konstitusiyanın insan hüquq və azadlıqlarının əsas prinsiplərini nəzərdə tutan 24-cü maddəsinin ikinci hissəsində qeyd olunur ki, "Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir." Referendum Aktının 10-cu bəndində Konstitusiyanın 56-cı maddəsinin III hissəsində "seçkilərdə iştirak etmək" sözlərinin "seçilmək" sözü ilə əvəz edilməsi təklif olunur. Konstitusiyanın hazırda qüvvədə olan 56-cı maddəsinin III hissəsində nəzərdə tutulur ki, "Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər". Burada ilk növbədə "seçkilərdə iştirak etmək hüququ" və "seçilmək hüququ" anlayışlarının mahiyyət və məzmununun araşdırılması, onlardan hansının daha geniş məzmuna malik olmasını müəyyən etmək zəruridir. Çünki konstitusion dəyişikliyin əsas məğzi bilavasitə bu anlayışlarla bağlıdır: "Təbii ki, Konstitusiyanın 23 maddəsinə edilən 34 əlavə və dəyişikliyin, eyni zamanda əlavə olunan 6 maddənin hər birinin təhlilini bir müsahibə çərçivəsində vermək qeyri-mümükündür. Hər bir əlavə və dəyişiklik öz mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumi nəticə budur ki, insan hüquq və azadlıqlarının qorunması, müdafiəsi dövlət siyasətinin əsasını təşkil edir. Referendum aktının layihəsi ilə Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri yeni vitse-prezidentlər institutunun yaradılmasıdır. Bu dəyişikliklə əlaqədar əsas məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və siyasi idarəetmə mexanizminin müasir dövrün tələblərinə cavab verməsinin təmin edilməsi, icra hakimiyyətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, məsuliyyəti və intizamının möhkəmləndirilməsidir. Qeyd edilən institutun təsis edilməsi, həmçinin sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsinə və onların icrasının sürətləndirilməsinə də xidmət etmək məqsədini daşıyır". Hüquqşünasın sözlərinə görə, nəzərdə tutulan dəişiklərdə yaş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı əlavə və dəyişikliklər də diqqətçəkəndir. Referendum aktının 17-ci bəndində Konstitusiyanın 85-ci maddəsinin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözlərinin "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz olunması, 20-ci bəndində Konstitusiyanın 100-cü maddəsindən "yaşı otuz beşdən aşağı olmayan" sözlərinin çıxarılması, 27-ci bəndində Konstitusiyanın 121-ci maddəsinin mətninin "Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir" redaksiyasında verilməsi, 28-ci bəndində Konstitusiyanın 126-cı maddəsinin I hissəsində "Yaşı 30-dan aşağı olmayan, seçkilərdə" sözlərinin "seçkilərdə" sözü ilə əvəz edilməsi təklif olunur. "Müasir İKT imkanlarından istifadə edən gənc nəsil hadisə və proseslərə daha çevik reaksiya vermək, onları məntiqi cəhətdən təhlil etmək, fikir yürütmək və mövqe bildirmək iqtidarına malik olmaq üstünlüyü ilə fərqlənir. Belə bir şəraitdə süni şəkildə yaş senzinin yüksəldilməsi həm qeyri-demokratikdir, həm də əsassız olaraq seçki korpusunun əhatə dairəsini daraldır, nəticə etibarilə vətəndaşların seçki hüququnu həyata keçirmək imkanını həm aktiv, və həm də passiv mənada məhdudlaşdırmış olur".
Alim