Siyasət

Milli Paralimpiya komandasının üzvlərinə orden və medallar verildi (SİYAHI)

21 Sentyabr 2016 18:24

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

21 Sentyabr 2016 18:21

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 sentyabr 2016-cı il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir

21 Sentyabr 2016 18:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gəlib.

Bəyanat: Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir

21 Sentyabr 2016 18:18

Azərbaycanda səfərdə olan Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzvlərindən ibarət nümayəndə heyəti ölkə Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən olan nümayəndələri ilə görüşlər keçirib, ölkəmizin Xarici İşlər və İqtisadiyyat nazirliklərində olublar.

PA-nın şöbə müdiri: “Söhbət prezidentə əlavə səlahiyyətlər verilməsindən yox, idarəetmənin təkmilləşdirilməsindən gedir”

21 Sentyabr 2016 18:15

“Venesiya Komissiyası və Avropa Şurası Konstitusiyaya dəyişikliklərlə əlaqədar bizimlə əlaqə saxlamayıb. Nə rəsmi müraciət, nə də zəng olub”.

“The Asian”: Metsamor Qafqazın qəlbində böyük təhlükədir"

21 Sentyabr 2016 17:17

Koreya Respublikasının mətbuatında Metsamor AES-in region üçün təhlükəsi barədə növbəti məqalə yayılıb. Bu dəfə mövzuya “The Asian” qəzetinin yaradıcı heyəti müraciət edərək “Qafqazın qəlbində böyük təhlükə” başlıqlı məqalə hazırlayıb.

Aleksis Şahtaxtinski kimdir?

21 Sentyabr 2016 16:53

Prezident İlham Əliyev Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurmadan sonra açılışını edib

21 Sentyabr 2016 16:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun 87,5 kilometrlik hissəsinin yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Vətəndaşlarının elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaq

21 Sentyabr 2016 15:47

Azərbaycan vətəndaşlarının elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaq.

Tural Abbaslı: “Xalq radikal müxalifətə inanmır”

21 Sentyabr 2016 15:45

Müxalifətyönlü “AĞ Partiya”nın sədri Tural Abbaslı “Milli Şura”nın və Müsavat partiyasının mitinqlərinin zəifliyi və xalq tərəfindən dəstəklənməməsi barədə fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, bu barədə fikirlərini bildirən Tural Abbaslı hesab edir ki, əslində, müxalifətin mitinqlərinə az sayda iştirakçının qatılmasının başqa səbəbləri var: “Burada öncəliklə siyasi proseslərə olan inamsızlıq əsas rol oynayır”.

Məzahir Pənahov: Referendumun yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda demokratik mühit var

21 Sentyabr 2016 14:45

Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Qətiyyətli və müstəqil liderlik: İlham Əliyev nümunəsi

21 Sentyabr 2016 14:44

Sirr deyil ki, hazırda müstəqil dövlət qurmaq çox çətin bir vəzifədir. Dünyanın böyük dövlətləri başqalarını öz iradələrinə tabe etdirməyə çalışırlar. Onlar müxtəlif üsullarla təsirlər edir, cəmiyyətdə qarışıqlıq yaratmağa cəhdlər göstərirlər. Mövcud təcrübə göstərir ki, hətta sürətlə inkişaf edən ölkələri belə supergüclər zəiflədə bilir. Bundan başqa, Qərbdə islamofobiya adlanan hadisə müsəlman ölkələrin inkişafına qarşı müəyyən dairələrin addım atmasına təkan verir.

BMT Baş Assambleyasının dondurulmuş münaqişələr üzrə qətnamələr qəbul etmə şansı realdır

21 Sentyabr 2016 14:03

GUAM BMT Baş Assambleyasının 71-ci sessiyasında "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün nəticələri" və "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" qətnamə layihələrinin qəbul edilməsinə ümid edir.

AVCİYA referendumla bağlı aralıq hesabatını açıqlayıb

21 Sentyabr 2016 13:54

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabrda keçiriləcək referendumu müşahidə ilə bağlı aralıq hesabatını açıqlayıb. AVCİYA-dan APA-ya verilən məlumata görə, hesabatda  Azərbaycanda keçirilmiş referendumlar haqqında məlumat, referendum qabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və  2 radio (İctimai radio, Azadlıq radiosu), 9 qəzet ( 3 iqtidar-"Azərbaycan", "Xalq", "Бакинский рабочий", 3 neytral- "525-ci qəzet", "Ədalət", "Şərq" qəzetləri, 3 müxalifət- "Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" qəzetləri) və 2 informasiya agentliyinin (APA, "Turan") monitorinqi öz əksini tapıb.