Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir
Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər vətəndaşların qanunla qorunan hüquqlarının müdafiəsinə hesablanıb. Elə bu səbəbdən də ümumxalq səsverməsinə çıxarılan məsələlərə insanların münasibəti birmənalıdır.
21 Sentyabr 2016 13:13 SiyasətKonstitusion islahatlar vətəndaşların seçki hüquqlarını təmin edir
Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər vətəndaşların qanunla qorunan hüquqlarının müdafiəsinə hesablanıb. Elə bu səbəbdən də ümumxalq səsverməsinə çıxarılan məsələlərə insanların münasibəti birmənalıdır. Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Nəsib Məhəməliyev qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin "Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir" fikirlərini Azərbaycanın bugünkü uğurlarının ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirmək olar. Atılan hər bir addımın mahiyyətini düzgün dəyərləndirmək üçün təbii ki, keçilən yola baxış keçirmək və bu fonda ümumiləşdirmə aparmaq bir zərurətdir: "Azərbaycanın 25 ilə yaxın müstəqillik tarixində qazandığı uğurların təhlilini bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Konstitusiyamızın qəbulundan ötən 21 ildə iki dəfə əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçirildiyini, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-da növbəti referendumun keçiriləcəyini nəzərə alsaq, bir reallıq özünü daha qabarıq şəkildə büruzə verir ki, yeniləşmə, təkmilləşmə dövlət siyasətinin əsasıdır, yəni qəbul olunan qanunlar, hətta Ali Qanunumuz dəyişməz qəbul edilmir. Dövrün tələbinə uyğun olaraq zaman-zaman yeniləşməyə, təkmilləşməyə böyük zərurət duyulur. Milli Konstitusiyamızın qəbul olunduğu 1995-ci ilin tələbi ilə, təbii ki, bu günümüzün tələbi eyni deyil. Bu baxımdan ki, Azərbaycan hər bir sahədə inkişaf, tərəqqi dövrünu yaşayır". Onun sözlərinə görə, Zəngin təbii resurslara malik olan Azərbaycan bu ehtiyatlardan səmərəli istifadə etməklə öz iqtisadi imkanlarını günbəgün genişləndirir. Təbii ki, atılan hər bir addımın arxasında ölkəmizin iqtisadi qüdrətinin böyüklüyü dayanır. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə onların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təmin edilməsinə, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlib. Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında bəyan edir ki, iqtisadi tərəqqi təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Konstitusiyamızın "Dövlətin ali məqsədi" maddəsində də bu fikir öz əksini tapıb ki, insan hüquq və azadlıqlarının qorunması, onların yüksək rifah halının təmin edilməsi dövlətin ali məqsədidir: "İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətinə də öz müsbət təsirini göstərir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir. İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi və s kimi amillər ölkəmizdə demokratik, hüquqi, sivil dövlət quruculuğu prosesinin sürətlə getdiyinin təsdiqidir. Bir əsas məqamı da vurğulayaq ki, Azərbaycan tolerant ölkədir, Şərqlə Qərbin arasında bir körpü rolunu oynayaraq, əlaqələrin inkişafına davamlı töhfələr verir". Millət vəkili bildirib ki, Konstitusiya demokratiyanın ən mühüm nailiyyətlərindən biridir: "Ali Qanunumuza əlavə və dəyişikliklər daxili və xarici amillərlə şərtlənir. Ölkə daxilində sabitliyin, iqtisadi, demokratik inkişafın yüksək səviyyədə təmin edilməsi dünyaya inteqrasiya siyasətinin daha da sürətləndirilməsinə yol açır. Azərbaycan hər zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır. Konstitusiyada insan hüquq və azadlıqlarının, onların layiqli həyat səviyyəsinin təmin edilməsini ali məqsəd kimi bəyan edən Azərbaycan dövləti mütəmadi olaraq daha səmərəli müdafiə mexanizmlərinin tətbiqinə səy göstərir. 23 maddəyə ediləcək əlavə və dəyişikliklərə, eyni zamanda əlavə olunan 6 maddəyə diqqət yetirdikdə vətəndaş amilinə diqqət və qayğı bir daha özünü təsdiqləyir. Vətəndaşlığın prinsipləri də əlavə və dəyişikliklərdə yer alıb. Referendum Aktına görə Konstitusiyanın 53-cü maddəsinin I hissəsində "heç bir halda" sözlərinin çıxarılması vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipini məzmun etibarı ilə məhdudlaşdırsa da, bu, ümummili mənafe - dövlət və ictimai təhlükəsizlik, milli-mənəvi dəyərlərin qorunması, digər vətəndaş hüquqlarının təmin edilməsi zərurəti ilə şərtlənir. Vətəndaşların seçki hüquqlarının təminatlarına dair əlavə və dəyişikliklərdə də diqqətçəkəndir. Reallıq budur ki, ölkəmizdə vətəndaşlara bütün hüquqlar verilib, ən əsası keçirilən seçki proseslərində öz seçim hüquqlarının yüksək səviyyədə istifadə etmək üçün sərbəst şərait yaradılıb. Referendum Aktının 56-cı maddəsinin III hissəsində "seçkilərdə iştirak etmək" sözlərinin "seçilmək sözü" ilə əvəz edilməsi təklif olunur. Konstitusiyanın 56-cı maddəsinin I hissəsində bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bir əsas məqamı da qeyd edək ki, Azərbaycan hökumətinin 2003-cü ilin mayında Avropa Şurası Venesiya Komissiyası, eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsi seçkilərin, eyni zamanda referendumun beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirsə də, bu sənədə də mütəmadi olaraq əlavə və dəyişikliklər edilmişdir. Yenə də məqsəd təkmilləşmə, yeniləşmə, dəyişikliklərin, inkişafın bu sənəddə də öz əksini tapmasına nail olmaqdır. Ümumiləşdirmə aparsaq, hər bir əlavə və dəyişikliyin əhəmiyyəti böyükdür. Onların düzgün təhlili və ictimaiyyətə çatdırılması vacib amillərdəndir. Ən əsası insan amilinə dəyər bu əlavə və dəyişikliklərin əsasında dayanır". Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönələn əlavə və dəyişikliklərə toxunan deputat qeyd edib ki, bir çox ölkələrdə prezidentin səlahiyyət müddətinin 6-7 ilə qədər artırılması müşahidə olunur: "Bu baxımdan qeyd edə bilərik ki, Konstitusiyaya Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadlıması ilə bağlı təklif olunan dəyişiklik ölkəmizin davamlı sosial-iqtisadi inkişıfının, sabitliyin təmin olunmasına, ən əsası dövlətin təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Vitse-prezident institutunun təsis edilməsində məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi mexanizminin müasir dövrün tələblərinə cavab verməsinin təmin edilməsidir. Bu institutun təsis edilməsinin Referendum Aktında əksini tapması ölkəmiz üçün yeni olsa da, dünya dövlətlərində geniş tətdiq olunur. Qeyd etdiyimiz kimi, dünya dövlətlərinin təcrübəsinə diqqət göstərilərək, onların tətbiqi istiqamətində addımlar atmaq dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Təbii ki, bir müsahibə çərçivəsində Konstitusiyaya əlavə və dəyişiklikləri zəruri edən səbəblər, eyni zamanda həmin əlavə və dəyişikliklərin mahiyyəti barədə geniş bəhs etmək mümkün deyil. Reallıq budur ki, Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu inkişaf və tərəqqinin Ali Qanunumuzda da öz əksini tapması zəruridir, mütləqdir".
Alim