Seçki dairələrində müşahidə aparmaq istəyənlər üçün SON GÜN

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bir sıra prosedurlar bu gün başa çatır.

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bir sıra prosedurlar bu gün başa çatır.

Trend bildirir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi bu gün başa çatır.

Həmçinin sentyabrın 21-də referendum üzrə səsvermə bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi vaxtı başa çatır.

Qeyd edək ki, referendumla əlaqədar 5 milyon 280 min 924 bülleten çap olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31