Siyasət

Referendum sonuclarının təsdiqlədiyi gerçəklər

28 Sentyabr 2016 13:54

Referendum bitdi. Sonuclar gözlənildiyi kimi oldu və heç bir kataklizmə səbəb vermədi. Yəni seçicilərin aşağı-yuxarı 87 faizi Prezident İlham Əliyevin təkliflərinin hamısına birmənalı “hə” dedi. Bu isə o deməkdir ki, Prezident Əliyevə həm də növbədənkənar etimad yoxlaması baş tutdu. Təbii ki, böyük çoxluq ona etimadı təzələdi, möhkəmləndirdi, tutduğu kursu davam etdirməsini istədi. Bununla bir növ Azərbaycanın bədxahlarına da ismarıc verildi ki, biz xalq olaraq Prezidentin arxasındayıq və onun hazırda davam etdirdiyi kursu doğru hesab edirik.

Vaşinqtondan referendum əleyhdarlarına tərs sillə

28 Sentyabr 2016 13:48

Bu günlər ölkənin siyasi həyatında baş verən mühüm əhəmiyyətli hadisə-ümumxalq səsverməsi təkcə ölkə vətəndaşları deyil, eləcə də Azərbaycanın yaxın və uzaq qonşuları tərəfindən də maraqla və diqqətlə izlənirdi.

İlham Əliyevdən dünyanın supergüclərinə mesaj

28 Sentyabr 2016 13:46

Dünyanı “parçala hökm sür” siyasəti ilə idarə edən superdövlətlər inkişaf etməkdə olan ölkələrin daxili işinə qarışmaqdan belə çəkinmirlər. Az qala ölkələrin siyasi sistemi, dövlət quruluşu, daxili və xarici siyasətini diktə edən bu güclər sözssüz ki, bununla barışmayanları “cəzalandırmaq” niyyətinə düşürlər.

Azərbaycan yeni hüquqi-siyasi mərhələyə qədəm qoyub

28 Sentyabr 2016 13:44

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti tərəfindən də müsbət qarşılanıb. Əksər müxalif partiyalar məlum dəyişiklikləri təqdir edib, An Qanunda həyata keçirilən islahatları dəstəkləyiblər.

Azər Həsrət: “Müxalifətin qarşısına “ağa”ları tərəfindən tapşırıqlar qoyulmuşdu”

28 Sentyabr 2016 13:17

“İlk növbədə Azərbaycan xalqını, bütün seçiciləri təbrik edirəm ki, çox uğurlu şəkildə ümumxalq səsverməsini (referendum) başa vurduq”. BunuSİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.

Azərbaycan prezidenti Çili parlamentinin nümayəndə heyətini qəbul edib

28 Sentyabr 2016 13:06

Azərbaycan prezidentiİlham Əliyev Çili Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra və beynəlxalq əlaqələr komitəsinin sədri Xorxe Pisarro Sotonu qəbul edib.

Türkiyədə erkən parlament seçkiləri istisna olunur

28 Sentyabr 2016 12:39

Fəthullah Gülən hərəkatı ilə mübarizə prosesi siyasi və inzibati müstəvidə aparılır, lakin erkən parlament seçkilərinin keçirilməsi variantı istisna edilir.

Siyasi partiyalar da referendumun nəticələrini tanıyırlar

28 Sentyabr 2016 12:35

Demokratik İslahatlar Partiyası 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini müzakirə edib. Partiyadan “Olaylar”a verilən məlumata görə, DİP ümumilikdə seçki prosesini müşahidə edib. Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MSK-larda səsvermə prosesini izləyiblər.

Gənclərin yaşı dəyişdirilir

28 Sentyabr 2016 12:23

“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi gənclər haqqında qanunvericilikdə də dəyişiklərə səbəb olacaq”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Deputat bildirib ki, referendum dəyişiklərilə bağlı gənclər yaşı da dəyişəcək.

Emin Hüseynov ATƏT tədbirində Azərbaycanla bağlı yalan məlumatlar yayıb

28 Sentyabr 2016 12:24

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

28 Sentyabr 2016 12:21

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

28 Sentyabr 2016 12:19

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, general-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək. İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar. Səfər sentyabrın 30-dək davam edəcək.

Millət vəkili seçiciləri ilə görüşüb

28 Sentyabr 2016 12:14

Sentyabr ayının 28-də 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev seçicilərin növbəti qəbulunu keçirib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulda 43 nəfər seçici iştirak edib. Qəbul zamanı işlə təmir olunmaq, ünvanlı sosial dövlət yardımı almaq, müalicəyə ehtiyacı olan xəstələrə köməklik göstərmək, bəzi məktəblərə və yeni yaşayış massivlərinə qaz verilməsini təmin etmək, mənzil tikintisi və təmirinə yardım göstərmək kimi məsələlər qaldırılıb. Bir çox məsələlər yerindəcə həll olunub, həlli vaxt tələb edənlər nəzarətə götürülüb.

Azərbaycanı böyük gələcək gözləyir

28 Sentyabr 2016 12:11

“Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu. İnanıram ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq” “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov «Azərbaycan» qəzetinə müsahibəsində səsləndirib.

Bahar Muradova: Seçkili orqanlarda qadınların təmsilçiliyi artır

28 Sentyabr 2016 12:04

Azərbaycanda istər yerli, istərsə də milli səviyyədə olan seçkili orqanlarda qadınların təmsilçiliyi getdikcə artır.