Siyasət
“Azərbaycan xalqının iradəsi ölkəmizə qarşı keçirilən aksiyaların fövqündə dayanır”
“Azərbaycan Prezidenti referendumdan öncə ölkədə aparılan islahatların anonsunu verib. Bu istiqamətdə görüləcək işlərin daha intensiv şəkilə həyata keçməsi üçün Konstitusiyada mühüm dəyişikiliklərin edilməsinə ehtiyac var idi”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Erməni siyasətinin epilepsiyaları, yaxud Madrid prinsiplərinin absurd təftişi
Rəsmi İrəvan zaman-zaman məntiqsiz və qərəzli addımları ilə süni gərginliklər yaratmağa çalışır. Xüsusilə Dağlıq Qarabağ məsələsində son dərəcə qeyri-konstruktiv mövqe tutaraq problemin sülh yolu ilə həllinə əngəllər törədir. Azərbaycanın dövlət başçısı haqlı olaraq Ermənistan rəhbərliyinin məqsədli şəkildə danışıqlar prosesini uzatdığını vurğulayıb. Bu bağlılıqda indi də İrəvan Madrid prinsipləri haqqında qeyri-düzgün fikirlər bildirməkdədir. Bunun fonunda Ermənistanın Azərbaycana torpaq güzəştə getmək fikrindən daşındığı təəssüratı yaratmağa cəhd edilir. Təbii ki, Ermənistanın hansısa əraziləri güzəştə getməsi kimi bir anlayış ola bilməz, çünki o ərazilər Azərbaycanın əzəli torpaqlarıdır və işğalçı qeyd-şərtsiz bu torpaqları tərk etməlidir.
Dövlət Departamenti radikal müxalifəti rüsvay etdi SİYASİ TƏHLİL
Ölkəmizdə Konstitusiyaya ediləcək dəyişiklik və əlavələrlə bağlı keçirilən referendum - ümumxalq səsverməsi uğurla baş tutub və bunu yalnız prosesi izləyən yerli və xarici müşahidəçilər deyil, dünya birliyi də yüksək qiymətləndirib. Artıq ölkəmizə dost münasibəti bəsləyən bir sıra dövlət rəhbərləri, hökumət qurumları bununla bağlı təbrik məktubları göndərir, ölkəmizin demokratik dəyərlərə doğru daha bir addım atmasını alqışladıqlarını vurğulayırlar. Əlbəttə ki, bu çox sevindirici və qürurverici haldır.
Prezident Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyev sentyabrın 28-də Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahini qəbul edib.
Azərbaycan prezidenti Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyev Uruqvay parlamentinin nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.
"AŞPA sessiyasında Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi nəzərdə tutulmur"
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında Azərbaycanla bağlı məsələlərin ümumi şəkildə gündəmə gətirilməsi nəzərdə tutulmur".
Azərbaycanda inqilab başlanır
Səməd Seyidov: AŞPA sessiyasında Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsi nəzərdə tutulmur
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında Azərbaycanla bağlı məsələlərin ümumi şəkildə gündəmə gətirilməsi nəzərdə tutulmur. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
NATO ilk növbədə Ermənistanı vuracaq
Ermənistanda yerləşdirilən “İsgəndər”lər NATO-nun ilk hədəfi olacaq.
Fəzail Ağamalı: "Xalq bir daha həmin gün dövlətçiliyə sədaqətini nümayiş etdirdi"
"Sentyabrın 26-da Azərbaycan xalqı dövlətçiliyə münasibətini bir daha ortaya qoydu". Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Prezident İlham Əliyev: “Azərbaycan və Çili xalqları bir-birini tanımalıdır”
Azərbaycan prezidentiİlham Əliyev Çili Respublikası Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.
Prezident İlham Əliyev: “Dünyada müharibələrin artdığı bir dövrdə Azərbaycan uğurla inkişaf edir”
Azərbaycan prezidentiİlham Əliyev ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuperi qəbul edib.
Xalq ölkədə aparılan siyasəti dəstəklədəyini sübut etdi
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumixalq səsverməsinin nəticələri deməyə əsas verir ki, xalq ölkə prezidentinin yanında olduğunu öz siyasi iradəsi ilə ifadə etdi. Əslində buna heç bir şübhə olmasa da çox təəssüf ki, xarici antiAzərbaycan dairələrinin təsiri və təzyiqi ilə ortaya atılan radikal müxalifətin təmsilçiləri seçkiöncəsi xalqı çaşdırmaq yolu tutdular. Ancaq xalqın iradəsi istər radikal müxalifətin, istərsə də onların xarici havadarlarının istək və arzularını ürəklərində qoydu.
Referendum sonuclarının təsdiqlədiyi gerçəklər
Referendum bitdi. Sonuclar gözlənildiyi kimi oldu və heç bir kataklizmə səbəb vermədi. Yəni seçicilərin aşağı-yuxarı 87 faizi Prezident İlham Əliyevin təkliflərinin hamısına birmənalı “hə” dedi. Bu isə o deməkdir ki, Prezident Əliyevə həm də növbədənkənar etimad yoxlaması baş tutdu. Təbii ki, böyük çoxluq ona etimadı təzələdi, möhkəmləndirdi, tutduğu kursu davam etdirməsini istədi. Bununla bir növ Azərbaycanın bədxahlarına da ismarıc verildi ki, biz xalq olaraq Prezidentin arxasındayıq və onun hazırda davam etdirdiyi kursu doğru hesab edirik.













