Xalq ölkədə aparılan siyasəti dəstəklədəyini sübut etdi

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumixalq səsverməsinin nəticələri deməyə əsas verir ki, xalq ölkə prezidentinin yanında olduğunu öz siyasi iradəsi ilə ifadə etdi. Əslində buna heç bir şübhə olmasa da çox təəssüf ki, xarici antiAzərbaycan dairələrinin təsiri və təzyiqi ilə ortaya atılan radikal müxalifətin təmsilçiləri seçkiöncəsi xalqı çaşdırmaq yolu tutdular. Ancaq xalqın iradəsi istər radikal müxalifətin, istərsə də onların xarici havadarlarının istək və arzularını ürəklərində qoydu.

İlham Əliyev: "Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı"
 

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumixalq səsverməsinin nəticələri deməyə əsas verir ki, xalq ölkə prezidentinin yanında olduğunu öz siyasi iradəsi ilə ifadə etdi. Əslində buna heç bir şübhə olmasa da çox təəssüf ki, xarici antiAzərbaycan dairələrinin təsiri və təzyiqi ilə ortaya atılan radikal müxalifətin təmsilçiləri seçkiöncəsi xalqı çaşdırmaq yolu tutdular. Ancaq xalqın iradəsi istər radikal müxalifətin, istərsə də onların xarici havadarlarının istək və arzularını ürəklərində qoydu. Artıq referendumun nəticələri beynəlxalq təşkilatlar və dünyanı idarə edən super dövlətlər tərəfindən tanınmaqdadır. Məlumat üçün qeyd edək ki, seçkiləri izləmək məqsədilə ölkəmizə təşrif buyuran Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Müşahidə Missiyası, Avropa Seçkilərinin Müşahidə Akademiyası kimi beynəlxalq təşkilatlar, eləcə də 30-dan artıq ölkənin nümayəndələri referendumun şəffaf və beynəlxalq seçki standartlarına uyğun keçdiyini təsdiqləyiblər. Eyni zamanda, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib ki, ölkəsi Azərbaycanın dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil. Onu da qeyd edək ki, ABŞ Dövlət Departamentinin məsələyə loyal yanaşması Azərbaycan xalqının iradəsinin ortada olmasının nəticəsidir. Nəhayət ABŞ-ın xarici siyasətini müyyən edən siyasi texnoloqlar da anlayıblar ki, xalqın iradəsinə qarşı çıxmaq heç də uğurlu siyasət hesab olunmur. Çünki Azərbaycan xalqı yaxşı başa düçür ki, ölkədə aparılan konstitusion islahatlar insan hüquqlarının qorunmasının daha etibarlı təmin edilməsi ilə yanaşı, həm də idarəetmə mexanizminin təkmilləşdirilməsinə, bu mənada xalqın firavan gələcəyinə xidmət edəcək. Konstitusiya islahatları sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin daha da möhkəmlənməsinə etibarlı təminat yaradacaq.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, referendum bir daha xalqımızın iradəsini göstərdi: "Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir". Etifar edilməlidir ki, məhz dövlət başçısının sadaladığı əsaslar Azərbaycan xalqının hər zaman prezidentin yanında olduğuna dəlalət edir. Xalq Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhlükəsiz şəraitdə yaşayıb, soaial rifah halı ildən-ilə artıb, ən nəhayət ölkəmizin müstəqilliyi təmin edilib. Azərbaycan vətəndaşlarının bu mövqeyini qiymətləndirən dövlət başçısı vurğulayıb ki, referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir: "Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb". O da etiraf edilməlidir ki, referendumdan sonra Azərbaycanın inkişaf tarixində yeni mərhələ açılacaq. Xüsusən, Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək ki, bunun təsirini ölkə vətəndaşları öz sosial rifah səviyyəsində hiss edəcək. Prezident İlham Əliyev Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təşəbbüslə çıxış edəndə məhz bu ideyaya sadiqliyini nümayiş etdirmişdi. İndi isə öz sözünün üstündə durduğunu və doğrudan da hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu təsdiqləyir: "Referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə "hə" deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən son 13 il ərzində çalışmışam ki, bu yüksək etimadı öz işimlə, fəaliyyətimlə doğruldum. Şadam ki, bu gün Azərbaycan doğrudan da dünyada seçilən ölkələrdəndir. Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik". Yeri gəlmişkən qeyd edək ki, hazırda qlobal böhran dünyanın əksər ölkələrinin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan manatını da devalvasiyaya uğradıb. Ancaq ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amillr və onun nəticələri ötən qısa müddət ərzində Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başlanıldı. Artıq qarşıda duran yaxın və gələcək anti-böhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirilib. Məhz dövlət başçısının bu siyasətində də başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması idi. Göründüyü kimi dövlət başçısı sözün həqiqi mənasında ölkə vətəndaşlarının mənafeyini hər şeydən üstün tutur. Belə halda xalq referenduma çıxarılan məslələrə dəstək verməklə firavan gələcəyini təmin etmiş oldu. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31