Siyasət

Azərbaycan prezidenti: “Multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir”

29 Sentyabr 2016 11:19

“Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna "Bakı Prosesi" adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”.

Prezident İlham Əliyev: “Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa böyük önəm verir”

29 Sentyabr 2016 11:17

“V Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Forum beynəlxalq aləmdə böyük hörmət qazanıb”.

Azay Quliyev ATƏT PA-nın sessiyasına sədrlik edəcək

29 Sentyabr 2016 11:09

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər. Sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək.

Deputat: "Referendum Azərbaycanın yeni mərhələyə keçməsi üçün zəruri idi"

28 Sentyabr 2016 18:05

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum Azərbaycanın keyfiyyət etibarı ilə yeni bir mərhələyə keçməsi üçün çox zəruri olan addım idi.

Mədət Quliyev: "MDB ölkələrində yeni təhdid elementləri ortaya çıxıb"

28 Sentyabr 2016 17:28

Bakıda MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 41-ci iclası keçirilir.

Prezident: “Azərbaycanda millətlər və dinlərarası dialoqun inkişafı üçün çox böyük işlər görülüb”

28 Sentyabr 2016 17:22

Azərbaycan prezidentiİlham Əliyev Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Referendum dərsləri: radikal müxalifət partiyaları və onların media yandaşları sinifdə qaldılar

28 Sentyabr 2016 17:16

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) baş tutdu. Seçicilərin təxminən 70 faizi səsvermə prosesində iştirak edərək dəyişikliklərə "HƏ" dedilər. Referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi-33 ölkənin vətəndaşları izləyib.   Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Ümumxalq səsverməsinin gedişini həm yerli, həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.

Bortnikov: "Terror təşkilatı rəhbərlərinin Şimali Qafqazda fəaliyyətlərini genişləndirmək niyyəti barədə sənədlər əldə etmişik"

28 Sentyabr 2016 16:59

MDB üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası yarandığı dövrdən onun iclaslarında baxılan məsələlərin siyahısı kifayət qədər genişlənib.

Raqif Abbasov: “Bizim seçki mədəniyyətimiz dünya üçün nümunədir”

28 Sentyabr 2016 15:44

“Azərbaycan vətəndaşının seçki mədəniyyəti mövcuddur. Bu mədəniyyət artıq dünyanın ayrı-ayrı ölkələri, o cümlədən “seçkilər azad, şəffaf  keçirimədi” deyən insanların özü üçün nümunədir”.

Aydın Quliyev: "Seçicilər öz dəstəyi ilə bəzi qüvvələrə tutarlı cavab verdi"

28 Sentyabr 2016 15:43

“Ölkə başçısının iradəsi ilə müzakirəyə və səsverməyə çıxarılan Referendum Aktına Azərbaycan cəmiyyətinin demək olar ki, 90 faizindən çoxunun dəstək reaksiyası verməsi ölkəmizdə hakimiyyət-xalq birliyinin bariz nümunəsi oldu”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Siyavuş Novruzov: Əli Kərimlinin dəstəsi yalandan seçki məntəqəsi düzəldib

28 Sentyabr 2016 15:41

"Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik seçkilər keçirildi. Azərbaycan xalqı gəlib səsvermədə iştirak etdi və referendumda qoyulan məsələlərə münasibət bildirdi".

Azərbaycanla Pakistan hansı sahədə əməkdaşlıq edə bilər?

28 Sentyabr 2016 15:34

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən verilən məlumata görə, Rana Tanvir Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib. Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın Baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.