İlham Əliyevdən dünyanın supergüclərinə mesaj

Dünyanı “parçala hökm sür” siyasəti ilə idarə edən superdövlətlər inkişaf etməkdə olan ölkələrin daxili işinə qarışmaqdan belə çəkinmirlər. Az qala ölkələrin siyasi sistemi, dövlət quruluşu, daxili və xarici siyasətini diktə edən bu güclər sözssüz ki, bununla barışmayanları “cəzalandırmaq” niyyətinə düşürlər.

 "Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır"
 

Dünyanı "parçala hökm sür" siyasəti ilə idarə edən superdövlətlər inkişaf etməkdə olan ölkələrin daxili işinə qarışmaqdan belə çəkinmirlər. Az qala ölkələrin siyasi sistemi, dövlət quruluşu, daxili və xarici siyasətini diktə edən bu güclər sözssüz ki, bununla barışmayanları "cəzalandırmaq" niyyətinə düşürlər. Öz iradələrini yeritmək üçün ən müxtəlif vasitələrə əl atır, hətta ən çirkin siyasi "oyundan" belə çəkinmirlər. Ən çox isə öz təsirləri altında olan beynəlxlaq təşkilatlar, antimilli daxili qüvvələr və separatçıların potensialından yararlanmağa üstünlük verirlər. Bu niyyətin reallaşıb, reallaşmayacağı isə təbii ki, inkişaf etməkdə olan dövlətlərin həyata keçirdikləri siyasətin nə dərəcədə uğurlu olmasından asılıdır. Etiraf edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bir sıra güc mərkəzlərinin narahatçılığına səbəb olub. Elə buna görə də dəfələrlə iri dövlətlər tərəfindən idarə olunan üzdəniraq beynəlxalq təşkilatların təzyiqlərinə məruz qalıb. Azərbaycanın sosial və iqtisadi inkişafını, siyasi və diplomatik uğurlarını, günü-gündən artan beynəlxalq nüfuzunu, ordu quruculuğunu həzm edə bilməyən antiAzərbaycan dairələr bu gün də öz amplualarından əl çəkməyiblər. Belə ki, ölkəmizdə keçirilən hər beynəlxalq tədbir, hər siyasi aksiya ərəfəsində fəallaşan, vahid mərkəzdən idarə olunan qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına start verirlər. Bu təzyiq vasitələri o dərəcədə çirkin olur ki, hətta həyata keçirilən istənilən siyasi və hüquqi islahatlar, insan hüquqları və demokratiyanın inkişafına xidmət edən təsisatların yaradılması belə həmin dairələrdə ikrah hissi doğurur. Nətisədə əsassız ittihamlar, heç bir həqiqətə söykənməyən hesabatlar hazırlanır. Biz bunu ölkədə keçirilən "Auroviziya-2012" mahnı yarısmasında, "Bakı Avropa Oyunları 2015"də, eləcə də prezident, parlament, bələdiyyə seçkiləri və referendumlarda görmüşük. Təsəvvür edin, təyinatından, siyasi mahiyyətindən asılı olmayaraq keçirilən istənilən beynəlxalq tədbir Azərbaycan üçün təzyiq vasitəsinə çevrilib. Düşünürlər ki, göstərdikləri təzyiq və təhdidlərlə Azərbaycanı tutduğu yoldan döndərəcək, öz iradələrini ölkəmizdə diktə edəcəklər. Lakin qətiyyətlə demək olar ki, artıq Azərbaycan müstəqilliyin ilk illərində olduğu kimi zəif bir ölkə deyil. Azərbaycan artıq dünyanın iqtisadi inkişaf dinamikasına görə ən inkşaf etmiş ölkəsidir, regionun isə ən güclü dövlətidir. İndi Azərbaycanın iştirakı olmadan regionda hər hansı məsələnin müzakirəsi mümkün deyil, çünki Azərbaycan bölgədə söz sahibidir. Eləcə də əksər beynəlxalq təşkilatlar Azərbaycanla hesablaşmaq zorundadır. Artıq Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarına sədrlik edir, dünya siyasətinin düzənlənməsinə öz töhvəsini verir. Azərbaycanı öz yolundan çəkindirmək elə də asan məsələ deyil. Məhz bu kimi halları nəzərə alan prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, müstəqil Azərbaycan nə siyasi, nə də maliyyə cəhətdən heç kimdən asılı deyil: "Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək". Prezident vurğulayıb ki, bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir: "Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi".
Millət vəkili Məlahət İbrahimqızı bildirb ki, dünyada mürəkkəb proseslər baş verir. Müəyyən beynəlxalq güclər ölkələrin daxili işlərinə qarışır, milli dövlətləri məhv etmək üçün məkrli planlar həyata keçirməyə çalışırlar: "Bu baxımdan, ölkəmizə qarşı da bəzi xarici dairələr təzyiq göstərməyə çalışır, dövlətimizi zəiflətmək istəyirlər. Amma Prezident İlham Əliyev bu təzyiqlərə layiqli cavab verir və dəfələrlə bəyan edib ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz. Ölkəmizdə keçirilən Konstitusiya islahatları dövlətimizin daha da güclənməsinə, siyasi sistemin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatının daha da möhkəmləndirilməsinə xidmət edir. Əminik ki, bu islahatlar dövlətimizin gücünə güc qatacaq, gələcək hədəflərə çatmaq üçün yeni üfüqlər açacaq. Bir sözlə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkəmizin təhlükəsizliyinə, sabitliyinə və əmin-amanlığına böyük töhfələr verəcək". 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31