Azərbaycan yeni hüquqi-siyasi mərhələyə qədəm qoyub
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti tərəfindən də müsbət qarşılanıb. Əksər müxalif partiyalar məlum dəyişiklikləri təqdir edib, An Qanunda həyata keçirilən islahatları dəstəkləyiblər.
28 Sentyabr 2016 13:44 SiyasətSentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının əksəriyyəti tərəfindən də müsbət qarşılanıb. Əksər müxalif partiyalar məlum dəyişiklikləri təqdir edib, An Qanunda həyata keçirilən islahatları dəstəkləyiblər.
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib ki, Konstitusiyamıza edilən son əlavə və dəyişikliklərdən sonra Azərbaycan yeni hüquqi-siyasi mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, kimin bu əlavə və dəyikliklərə hansı mövqedən yanaşacağının indi bir o qədər də əhəmiyyəti qalmayıb: "Təkamül Partiyasının mövqeyinə gəlincə, bz onu əsas götürürük ki, qəbul edilən 29 maddədə xalqın hansısa hüququnu məhdudlaşdıran maddə yoxdur. Və ümid edirik ki, yaranmış yeni şərait ciddi siyasi-iqtisadi islahatların tezliklə həyata keçirməsinə, insanların hüquq və azadlıqlarının daha ciddi şəkildə qorunmasına, vətəndaş cəmiyyətinin formalaşmasına, inhisarçılığa, məmur özbaşınalığına real olaraq son qoyulmasına imkan yaradacaq". Partiya sədri son zamanlar bəzi millət vəkilləri tərəfindən Azərbaycan tarixinə, tarixi qəhrəmanlarımıza qarşı reallığa uyğun olmayan, aşağılayıcı münasibətlərə də münasibət bildirıb. Qeyd edib ki, tarixi hadisələrə düzgün qiymət vermək üçün ən azı nəzərdən keçirilən dövrdə mövcud olan tarixi şərait, baş verən hadisələr, onların baş vermə səbəbləri, bu hadisələrin iştirakçılarının maraqları və mövqeləri haqqında müfəssəl məlumatlara malik olmaq lazımdır: "Bu məlumatları ciddi araşdırmalar, tədqiqatlar əsasında əldə etmək olar ki, bu da tarixçilərin işidir. Tarixdə baş verən hadisələrə tarixi romanlara istinad edərək, eləcə də, bu günün reallıqlarından çıxış edərək qiymət vermək əsla düzgün deyil. Həm də nəzərə almaq lazımdır ki, uzun llər tariximizin düzgün araşdırılmasına və yazılmasına imkan verilməyib, tariximiz təhrif olnub və olunmaqdadır. Hətta tariximizin yenidən araşdırılması və reallığa uyğun yazılması üçün geniş imkanların yarandığı indiki dövrdə də bu proses davam edir. Təbiidir ki, hər bir fəaliyyətin əsasında müəyyən maraqlar, məqsədlər durur. Xaricdəki bədxaxlarımızın tariximizi təhrif etməkdə məqsədləri, maraqları bəllidir. Təəsüf ki, daxilimizdə də ixtisasca tarixçi olmayan, heç bir tarixi araşdırma aparmayan, tariximizə düşmənlərimizin yalan və iftira dolu "əsərləri"nə istinad edərək qiymət verən üzdəniraq ziyalılarımız, millət vəkillərimiz var. Məncə bunun iki səbəbi ola bilər: ya bu insanların damarında axan qan bizim qanımızdan fərqlidir, ya da ölkəmizdə hansı yolla olsa da, malik olduqları kifayət qədər yüksək mənsəb sahibliyi onları qane etmir, daha çoxuna sahib olmaq istəyirlər və bunun yolunu Orhan Pamuk və Əkrəm Əylisli yolunda görürlər. Bəziləri, xüsusilə də ermənilər, öz xalqının qədimliyini, heç zaman olmayan qədim dövlətçiliyə malik olduqlarını "sübut" etmək üçün özlərinin saxta tarixini "yaratmağa" cəhd edirlər. Bizim bəzi üzdəniraq "vətənpərvərlərimiz"isə Azərbaycanın olduqca qədim, eyni zamanda qəhramanlıqlarla dolu tarixinə qarayaxmalar yapırlar, ona çamur atırlar, xalqımızın Şah İsmayıl, Babək, Qaçaq
Nəbi kimi real tarixi qəhramanlarına, Koroğlu kimi əfsanəvi qəhramanına onlara yaraşmayan yarlıqlar yapışdırırlar, unudurlar ki, bununla tarixi gerçəklikləri, xalqın öz qəhramanlarına sevgisini dəyişmək iqtidarında deyillər, yalnız xalqımızın nifrətini qazanırlar".
Teyyub Qənioğlu ölkədə inflyasiyanın qarşısını almağın yolları barədə danışıb. Bildirib ki, inflyasiyanın qarşısının alınması üçün tədavül dairəsində olan pul kütləsinin həcmi ilə təklif edilən əmtəə və xidmətlərin həcmi arasında ekvivalentlik yaradılmalıdır: "Bu gün ölkəmizdə təklif edilən əmtəə və xidmətlərin həcmi tədavül dairəsində olan pul kütləsinin həcmindən az olduğundan inflyasiya baş verir. Ona görə də, inflyasiyanın qarşısının alınması üçün nisbətən çətin olan, əmtəə və xidmətlərin təklifinin artırılmasına imkan yaradan ciddi iqtisadi islahatlar əvəzinə, daha asan olan yol-tədavül dairəsində olan pul kütləsinin həcminin süni surətdə azaldılması yolu seçilib. Qeyd etdiym kimi, bu yolla inflyasiyanı qısa zaman kəsiyində cilovlamaq olar. Amma unutmaq olmaz ki, bu yol eyni zamanda ölkəmizdə iqtisadi aktivliyin azalmasına səbəb olacaq ki, bu da istər-istəməz inflyasiya prosesinin sürətlənməsinə zəmin yaradacaq. Manatın kəskin devalvasiyasından sonra ötən müddət ərzində ölkə iqtisadiyyatında baş verən proseslər göstərir ki, yaxın zamanlarda inflyasiyanın qarşısını almaq o qədər də asan olmayacaqdır. Düzdür, son zamanlar iqtisadi islahatların sürətləndirilməsinə imkan yarada biləcək bir sıra qərarlar qəbul edilib. Bu qərarların əksəriyyəti ölkəyə valyuta gətirə biləcək ixrac yönümlü iqtisadiyyatın inkişafına istiqamətlənib və bu təqdirə layiqdir. Ancaq fikrimcə, Azərbaycan iqtisadiyyatının inkişafının müasir mərhələsində idxalı əzəz edən sahələrin üstün inkişafına daha çox diqqət ayrılmalıdır. Bunun üçün real iqtisadi islahatlar həyata keçirilməlidir. İqtisadi islahatlar prosesinin qəribəliyi ondadır ki, yalnız həqiqətən güclü və qətiyyətli dövlət ölkənin "statik" iqtisadiyyatdan dinamik bazar iqtisadiyyatına keçidini təmin etməyə qadirdir. Ümid edək ki, Konstitusiyamıza edilən son əlavə və dəyişikliklər belə bir dövlətin formalaşmasına imkan yaradacaq".
Füzuli