Vaşinqtondan referendum əleyhdarlarına tərs sillə

Bu günlər ölkənin siyasi həyatında baş verən mühüm əhəmiyyətli hadisə-ümumxalq səsverməsi təkcə ölkə vətəndaşları deyil, eləcə də Azərbaycanın yaxın və uzaq qonşuları tərəfindən də maraqla və diqqətlə izlənirdi.

Radikalların istifadə müddəti sona çatdı

Bu günlər ölkənin siyasi həyatında baş verən mühüm əhəmiyyətli hadisə-ümumxalq səsverməsi təkcə ölkə vətəndaşları deyil, eləcə də Azərbaycanın yaxın və uzaq qonşuları tərəfindən də maraqla və diqqətlə izlənirdi. Açığını qeyd edək ki, Azərbaycan Konstitusiyasının 29 maddəsinə təklif edilən əlavə və dəyişikliklər ilkin mərhələdə Qərbdə və Avropada, eləcə də bəzi beynəlxalq təşkilat və qurumlarda o qədər məqbul hesab edilmirdi. Nədən ki, Azərbaycanın ildən-ilə uğurlar əldə etməsi, müstəqil siyasət həyata keçirməsi, regionda söz sahibinıə çevrilməsi, hətta getdikcə dünya siyasətinə təsiretmə gücü əldə etməsi ənənəvi "şər üçbucağı"nı ciddi narahat etdiyi üçün konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər barədə ölkədən kənarda tamamilə başqa rəy yaradılır, Azərbaycan barədə mənfi imic formalaşdırılmağa çalışılırdı. "Şər üçbucağı" (Erməni lobbisi-Avropa və Qərbdəki ermənipərəsət dairələr-Azərbaycan müxalifıətinin radikalı qanadı) "qoca qitənin" islahat tərəfdarları və Qərbin demokratiya çarçılarında belə bir fikir formalaşdırmışdı ki, guya Azərbaycan konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklər anti-demokratikdir, bu dəyişikliklər yalnız mövcud hakimiyyətin ömrünün uzadılmasına xidmət edir. Təssüflər olsun ki, Avropada müəyyən mənada ciddi siyasi institut kimi tanınan Venesiya Komissiyası kimi qurumlar da məlum şəbəkənin yalanlarına şərik olmuşdular. Hər halda adıçəkilən komissiyanın Referendum Aktı ilə bağlı verdiyi ilkin rəyin məzmunu ilə tanış olanda bunu aydın görmək olur ki, həmin rəy "şər üçbucağı"nın qərəzli fikir və mülahizələri əsasında hazırlanıb. Təkcə bir fakt bunu təsdiq etməyə yetərlidir. Belə ki, Venesiya Komissiyası qərəzli yanaşma dolu rəyində Azərbaycan Konstitusiyasında olmayan maddə barədə fikir bildirir. Daha doğrusu Azərbaycan Konstitusiyası 158 maddədən ibarət olduğu halda Venesiya Komissiyası Konstitusiyamızda olmayan 159-cu maddə barədə danışır. Təkcə bu fakt onu deməyə əsas verir ki, sözügedən rəy də yuxarıda qeyd etdiyimiz "şər üçbucağı", xüsusilə bu bucaqda yer alan Azərbaycanın radikal müxalifətinin komissiyaya ötürdüyü yalan və iftiralar əsasında hazırlanıb.

"Şər üçbucağı" həmçinin Avropa və Qərbdə belə bir rəy yaratmışdı ki, Azərbaycan vətəndaşları konstitusiya islahatlarını qətiyyən dəstəkləmir. Və xalq küçələrə çıxmaq, bu dəyişikliklərə etiraz bildirmək üçün fürsət axtarır. Məhz radikalların daha bir yalanından yola çıxaraq Qərbdəki bəzi dairələr radikallara kütləvi aksiyalar təşkil etmək üçün maliyyə vəsaiti ayırdı. Ancaq sentyabrın 11-18-si tarixlərində radikal müxalifətin keçirdiyi sönük mitinqlər qərbdəkilərin yanıldığını, pul, vəzifəpərəst müxalifətçilərin yalanlarına uyduqlarını ortaya qoydu. Məhz 11-18 sentyabr uğursuzlquları radikalları növbəti "yardım"dan məhrum etdi. Nəhayət, sentyabrın 26-da baş tutan ümumxalq səsverməsində ölkə vətəndaşlarının mütləq əksəriyyətinin heç bir müdaxilə və təzyiq olmadan, azad və şəffaf şəkildə

konstitusiya islahatlarına dəstək nümayiş etdirməsi "şər üçbucağı"nın sözünü deyən bəzi Avropa və Qərb təsisatlarının yanıldığını təsdiqlədi. Səsvermə prosesini yaxından izləyən beynəlxalq müşahidəçilərin də referendumun azad və ədalətli keçdiyini söyləməsi, bunu öz açıqlamaları, bəyanatlarında aşkar qeyd etməsi məlum dairələrdə əlavə şübhə yeri qoymur. Çünki hansısa şübhənin edilməsi Avropanın özünə, Azərbaycana göndərdiyi müşahidəçilərə şübhə yaratmış olar.

26 sentyabr mitinqindən sonra "Şər üşbucağı"na daha bir zərbə okeanın o tayından gəlib. Məlum olduğu kimi Birləşmiş Ştatların Dövlət Departametninin gündəlik brifinqində Azərbaycanda keçirilən referenduma münasibət açıqlayan Dövlət Departamenti sözçüsünün müavini Mark Toner ümumxalq səsverməsinin insidentsiz ötüşdüyünü bildirib. AntıAzərbaycan şəbəkə və "şər üçbucağı"na xidmət edən bir neçə media təmsilçisinin təkrar-təkrar sual verərək referendum barədə cənab Tonerdən mənfi rəy almaq cəhdləri də baş tutmayıb. "Yaxşıdırmı ki, bir ailə ölkəni bu qədər idarə edib, əvvəlki idarəçinin oğlu ölkəni daha uzun müddətə idarə edə bilər?" sualına verdiyi cavabla Dövlət Departamenti rəsmisi "şər üçbucağı" və radikal müxalifətin okeanın o tayına olan ümidlərini də qırıb. Mark Toner deyib ki, Birləşmiş Ştatlar Azərbaycanda "daha güclü" demokratiya qurulmasına sadiqdir: "Bizim diqqətimiz təsisatların təkmilləşdirilməsinə, Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlıq edərək demokratik prosesin təkmilləşdirilməsinə yönəlib. Demokratik prosesin sonucunu diktə etmək bizim işimiz deyil. Bizim əsas amacımız mövcud strukturlar daxilində prosesi, demokratik təsisatları təkmilləşdirməkdir. Biz prezidentlik dönəmlərini diktə edə bilmərik". Mark Tonerin məlum açıqlamasından əldə edilən nəticə ondan ibarətdir, Birləşmiş Ştatlar xalqın seçiminə hörmətlə yanaşır və Azərbaycan hakimiyyəti ilə bundan sonar da əməkdaşlığını davam etdirəcək.

Bütün bu proseslərdən sonra ortada olan reallıq ondan ibarətdir ki, artıq həm Avropa, həm də Qərb bundan sonra Azərbaycanla daha da mülayim davranmalı olacaq. Çünki ilk növbədə bu gün Qərbin, Avropanın Azərbaycana çox böyük ehtiyacı var. Nədən ki, Azərbaycan Avropanın, Qərbin regionda etibarlı tərəfdaşı olmaqla yanaşı söz sahibinə malik bir ölkədir. Həmçinin Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır. Ehtimal etmək olar ki, geniş xalq rəyi, fikrindən, eyni zamanda Azərbaycan hakimiyyətinin demokratiyaya sadiqliyini bir daha bəyan etməsindən sonra Qərbdə və Avropada anti-Azərbaycan ritorikasından bir qədər yan keçirləcək. Çünki adıçəkilən mərkəzlər Azərbaycanla münasibətlərin müsbət yöndə inkişafını istəyirsə, ölkəmizə qarşı qərəzli yanaşmalardan imtina edərək daha çox əməkdaşlığa üstünlük verməlidir. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, referendumdan sonra Azərbaycanla Qərb, Avropa arasında münasibətlərdə inkişaf tendensiyası özünü büruzə verəcək. Bu mərhələdə isə "şər üçbucağı", xüsusilə onun bir üzvü olan radikal müxalifət istifadəyə yararsız bir vasitə kimi çölə atılacaq.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31