Siyasət

Referendumdan sonra iqtisadi sahədə islahatlar daha da dərinləşəcək

4 Oktyabr 2016 14:49

"Azərbaycanda referendumdan sonra iqtisadi sahədə islahatların daha da dərinləşəcəyi gözlənilir". Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın ikili siyasəti

4 Oktyabr 2016 13:48

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iyirmi beş ildən artıqdır ki, həllini tapa bilmir ki, bilmir. Xüsusən, münaqişənin dinc yolla həlli məqsədilə 1994-cü ildə ATƏT-in Minsk qrupu yaradıldıqdan sonra ikili standartlar ucbatından məsələnin həlli düyünə düşüb. Minsk qrupunun həmsədr ölkəlrinin bir-birinə qarşı siyasi qısqanclığı nəticə etibarilə problemin həllində ikili standartların tətbiqinə rəvac verib.

Ermənistan ordusunda həyata keçirilən islahatlar nəyə hesablanıb?

4 Oktyabr 2016 13:45

Aprel döyüşlərində üzləşdiyi uğursuzluqdan sonra Ermənistan rəhbərliyi hərbi sahədə radikal islahatlar həyata keçirməyə başladı Uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi reallığı ilə barışa bilməyən Ermənistan rəhərliyi bunun səbəbini həyata keçirdiyi yalnış siyasətdə deyil, ordu rəhbərliyində axtardı.

Oqtay Əsədov Latviya Seyminin sədrini qəbul edib

4 Oktyabr 2016 13:36

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mixail Qusman: “Müzakirə olunan məsələləri Bakı Forumunun yatırımı hesab etmək olar"

4 Oktyabr 2016 13:15

“V Bakı Beynəlxalq Humanitar Forumu müasir zəmanədə baş verən hadisələrin və mürəkkəb məsələlərin həllində böyük əhəmiyyətə malikdir”. Bunu SİA-ya açıqlamasında TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman deyib.

Ehtiram Mehdiyev: “Əli Kərimli AXCP-ni ləkələməyə çalışır”

4 Oktyabr 2016 13:11

“20 ildən çoxdur ölkədə "dələduz işlərin" arxasında Əli Kərimli möhürü çıxmağına cəmiyyət artıq öyrəşib. Yurd sədrinin əsas məqsədi illərdir fədakar insanları aldadaraq, çirkin siyasətinə qurban verməklə öz maraqlarına xidmət etməkdir. Bu günlərdə də cəmiyyət Əli Kərimlinin Avropada miqrant alveri ilə məşğul olduğunun şahidi oldu”. Bunu SİA-ya alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.

Deputatlarımız Belçikaya səfər ediblər

4 Oktyabr 2016 12:54

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev oktyabrın 4-də Belçikanın paytaxtı Brüsselə səfər ediblər.

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

4 Oktyabr 2016 12:52

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir".

Prezident İlham Əliyev və xanımı Rəşid Behbudovun heykəlinin açılışında iştirak ediblər

4 Oktyabr 2016 12:51

Oktyabrın 4-də dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi olub.

Elmar Məmmədyarov Belçikaya gedir

4 Oktyabr 2016 12:43

Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 oktyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək. Bu barədə “Olaylar”-a XİN-dən məlumat verilib. Azərbaycan Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir. Konfrans əsnasında E.Məmmadyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Təmas xəttində monitorinq keçiriləcək

4 Oktyabr 2016 12:13

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Atəşkəsin pozulması halları artır

4 Oktyabr 2016 12:11

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

4 Oktyabr 2016 11:59

Azərbaycan Milli Məclisinin payız sessiyasında növbəti plenar iclası oktyabrın 14-də olacaq.

Almaniya XİN-in məsul nümayəndəsi cəbhədə keçiriləcək monitorinqdə iştirak edəcək

4 Oktyabr 2016 11:32

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

"ABŞ-ın Qarabağ münaqişəsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır" Dövlət Departamenti

4 Oktyabr 2016 11:28

ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir. SİA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo brifinq zamanı deyib.