Siyasət
Təhsilini davam etdirmək üçün çağırışçılara möhlət hüququnu prezident verəcək
Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Prezident Azərbaycanla İran arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlığa dair memorandumu təsdiqləyib
Azərbaycan prezidentiİlham Əliyev 2016-cı il avqustun 7-də Bakı şəhərində AzərbaycanınRabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan və İran arasında Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı imzalanmış sənəd təsdiq edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Onların siyahısı təsdiqləndi
Azərbaycan prezidentiİlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Beynəlxalq birlik Qarabağ problemini unutdurmağa çalışır
Artıq bir aya yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar, göstərilən təşəbbüslərdə bir passivlik müşahidə edilir. Danışıqlar prosesində yaranan sönüklük elə münaqişənin həllini öz üzərinə götürən dövlətlər və onların rəsmiləri tərəfindən də açıq-aşkar etiraf edilir.
Prezident İlham Əliyev: "Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar"
Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub.
Novruz Məmmədov Bayerə cavab verdi
"Diplomatlar var ki, hələ də anlaya bilmirlər ki, dünyanın indiki vəziyyətə düşməsinin səbəbi onlardır". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “twitter” səhifəsində yazıb.
BMT-də Ermənistanın işğalçılıq siyasətindən danışıldı
Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyası işə başlayıb.
Politoloq “Suriya məsələsi Azərbaycan üçün ona görə maraqlıdır ki...”
“Azərbaycan ətrafında bu gün kifayət qədər gərginlik var.” Azadinform xəbər verir ki, bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.
Mübariz Əhmədoğlu: “İsgəndər” erməni oliqarxlarının pulu hesabına alınıb”
“Rusiyadan Ermənistana 2 “İsgəndər” gətirilib. OTRK “İsgəndər” Azərbaycan, K.Karapetyan adlı “İsgəndər” isə Ermənistan üçündür. K.Karapetyanın baş nazir təyinatı ilə “İsgəndər”in Ermənistana satılması və ABŞ Dövlət katibinin Dağlıq Qarabağ tənzimlənməsi üçün şəraitin yetişməməsi ilə bağlı bildirdiyi fikirlər arasında əlaqə var.” Bunu politoloq Mübariz Əhmədoğlu bu fikri oktyabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq: “Ermənilər ruslara yalnız öz maraqlarını diktə ediblər"
“Bu gün Rusiyanın qazı Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində istifadə olunur. Dağlıq Qarabağda istehsal olunan mallar AİB xətti ilə Rusiyanın ərazisində satılır”.
Zakir Fərəcov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sumqayıtın inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Bakı Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin siyahısı AŞPA-nın komitəsindən keçib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsində AİHM-ə seçilmək üçün namizədliyi irəli sürülmüş 3 azərbaycanlı hakimin məsələsinə baxılıb.
"Hamımız erməniyik" deyən erməni "YAL"çının Azərbaycana hücumu
"Gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirlər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər".













