Mübariz Əhmədoğlu: “İsgəndər” erməni oliqarxlarının pulu hesabına alınıb” 

“Rusiyadan Ermənistana 2 “İsgəndər” gətirilib. OTRK “İsgəndər” Azərbaycan, K.Karapetyan adlı “İsgəndər” isə Ermənistan üçündür. K.Karapetyanın baş nazir təyinatı ilə “İsgəndər”in Ermənistana satılması və ABŞ Dövlət katibinin Dağlıq Qarabağ tənzimlənməsi üçün şəraitin yetişməməsi ilə bağlı bildirdiyi fikirlər arasında əlaqə var.” Bunu politoloq Mübariz Əhmədoğlu bu fikri oktyabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiyadan Ermənistana 2 "İsgəndər" gətirilib. OTRK "İsgəndər" Azərbaycan, K.Karapetyan adlı "İsgəndər" isə Ermənistan üçündür. K.Karapetyanın baş nazir təyinatı ilə "İsgəndər"in Ermənistana satılması və ABŞ Dövlət katibinin Dağlıq Qarabağ tənzimlənməsi üçün şəraitin yetişməməsi ilə bağlı bildirdiyi fikirlər arasında əlaqə var." Bunu politoloq Mübariz Əhmədoğlu bu fikri oktyabrın 4-də keçirdiyi mətbuat konfransında bildirib. Politoloq qeyd edib ki, "İsgəndər" raketinin alınmasında iki diqqət çəkən məqam var: "İsgəndər" erməni oliqarxlarının pulu hesabına alınıb, K.Karapetyan da oliqarxdır. Bunu dörd günlük aprel müharibəsi sübut edir. Müharibədən sonra S.Sərkisyanın təkidi və ictimaiyyətin tələbi ilə erməni oliqarxları Qarabağ ordusu üçün pul toplamağa başladılar". M.Əmədoğlu deyib ki, erməni mütəxəssislərinin hesablamalarına görə, Ermənistana gətirilən "İsgəndər" bəlli "İsgəndər" kompleksinin tam özü deyil, 1/3 hissəsidir: "Tam "İsgəndər"in özü 12 şaxtadan ibarət olur. Ermənistana isə cəmi 4-ü gətirilib. Bunun qiyməti isə 70-100 milyon dollardır. Deməli, erməni oliqarxlarının topladığı pul cəmi bu qədərdir". Onun sözlərinə görə, pulun böyük bir qismini ehtimal ki, indiki baş nazir K.Karapetyan qoyub: "Həm də oliqarxlar baş nazir statusunda həmin bu K.Karapetyanı görmək istəyib. Çünki oliqarxlar pulu verərkən öz monopoliyalarının qalmasına prezidentdən təminat almışdılar". Politoloq qeyd edib ki, Hovik Abramyan isə baş nazir postunda olarkən korrupsiyaya və monopoliyaya qarşı mübarizə aparmaq məcburiyyətində idi. Ona görə pulu verən oliqarxlar həm də özlərindən birinin baş nazir təyin olunması sifarişini də verdilər. M.Əhmədoğlunun fikrincə "İsgəndər"in alınması təkcə pul məsələsi deyil: "Səudiyyə Ərəbistanı 200 milyon dollar dəyəri olan bu raketlərin hər birisinə 1 milyard dollar pul verməyə hazır idi. Rusiya satmadı. 70 və 100 milyon dollara "İsgəndər" almaq Rusiyanın hakim elitasının mətbəx cığırlarınadək tanımağı tələb edir. Görünür, K.Karapetyan "İsgəndər"in alınmasının siyasi və təşkilati məsələlərini öz üzərinə götürüb". O, qeyd edib ki, "İsgəndər" raketinin ermənilər tərəfindən Rusiyadan alınıb Ermənistana gətirilməsi, Rusiya vətəndaşı Mironovun ABŞ-ın diktəsi ilə Ermənistanda həbs olunub məcburən buraxılmasından sonraya təsadüf edir: "Bizcə bu təsadüfi deyil. ABŞ Ermənistanda Rusiyanı cəzalandırmaq istəyirdi". Politoloq qeyd edib ki, S.Mironovun tutulmasının əsas səbəbi də bu idi, amma bu əməliyyatı axıradək reallaşdıra bilmədi: "Rusiya öz vətəndaşını geri ala bildi. Məhz bundan sonra ABŞ ermənilərə Rusiyanı daha təsirli cəzalandırmaq və ya ələ salmaq göstərişini verdi. Nəticədə ermənilər "İsgəndər"i alaraq Rusiyanın ən böyük sirlərindən birini ABŞ-a vermiş oldu". M.Əhmədoğlu sonda deyib ki, ABŞ Dövlət katibi C.Kerri Dağlıq Qarabağ tənzimlənməsi üçün şəraitin yetişməməsi bəyanatını verdi: "O açıq-aşkar Ermənistanın maraqlarına xidmət edir. Kerri başa düşür ki, Moskvadakı ermənilər Kremlin siyasətinə təsir etməkdə hələ də çox güclüdürlər və ermənilər bundan sonra da ABŞ-a lazım olacaqlar. Ona görə o, Qarabağ məsələsində dövlət katibi statusunda açıq-aşkar ermənipərəst bəyanat verdi. Hər halda SSRİ-nin dağılması prosesindən sonra ermənilərin ABŞ-ın daha bir testinə məruz qalacağı gözlənilən idi".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31