Beynəlxalq birlik Qarabağ problemini unutdurmağa çalışır

Artıq bir aya yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar, göstərilən təşəbbüslərdə bir passivlik müşahidə edilir. Danışıqlar prosesində yaranan sönüklük elə münaqişənin həllini öz üzərinə götürən dövlətlər və onların rəsmiləri tərəfindən də açıq-aşkar etiraf edilir.

Rövşən Məmmədli: "Odur ki, Qarabağı xilas etmək üçün tələsməliyik"

Artıq bir aya yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar, göstərilən təşəbbüslərdə bir passivlik müşahidə edilir. Danışıqlar prosesində yaranan sönüklük elə münaqişənin həllini öz üzərinə götürən dövlətlər və onların rəsmiləri tərəfindən də açıq-aşkar etiraf edilir. Daha dəqiq desək Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də danışıqlarda yaranmış fasiləni təsdiqləyirlər. Amma əsas diqqət çəkən məqam ondan ibarətdir ki, həmsədr ölkələr yaranmış passivliyi aradan qaldırmaq, danışıqlar prosesinə dinamika gətirmək əvəzinə, bu uğursuzluqla barışmağı tövsiyyə edir və tərəflərə bunu təlqin edirlər. Hər halda Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin bu günlərdə verdiyi açıqlama belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, ABŞ dövlət katibi son açıqlamalarından birində Dağlıq Qarabağ probleminə də toxunaraq bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. Con Kerri deyib ki, 23 ildən sonrası üçün də Azərbaycan və Ermənistan arasındakı Qarabağ konfliktinin həlli üçün şərait yetişməyib: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər",

Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ problemi ilə bağlı son açıqlaması cəmiyyətdə heç də müsbət qarşılanmayıb. Əksər siyasilər, ekspertlər hesab edirlər ki, Vaşinqtonun belə bir problemi olmadığı üçün Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin ciddiliyini nəzərə almır. Elə müstəqil ekspert Rövşən Məmmədli də bu qnaətdədir. O, bildirib ki, 23 ildir bir milyon qaçqını doğma elinə dönə bilməyən bir problemi ABŞ-ın yoxdur: "70 min erməniyə görə bir milyon azərbaycanlını elindən yurdundan uzaq saxlayıb vətəninə həsrət qoymaq problemi də Amerikada yoxdur. Odur ki, 23 il bundan sonra da Keri kimilər belə deyə bilər. Təbii ki, bu münaqişədə mühüm maraq və qazancı olan Rusiya da onun nizamlanmasını bacardığı qədər əngəlləməkdə və uzatmaqdadır. Çünki Rusiya bu ikiüzlü siyasəti ilə Qafqazları öz nəzarətində saxlayır". Ekspert deyir ki, Qarabağa münasibətdə bu iki ədalətsiz və şərəfsiz dövlətin arasında çox bacarıqla rəqs edən Ermənistan isə onların maraqlarına uyğun oynayır və Qarabağı həzm etmək üçün fürsət gözləyir: "Gözlərimiz önündə ermənilər min hoqqadan çıxırlar. İşğal altında olan ərazilərimizi xarabalığa çevirir, sərvətini vəhşıcəsinə daşıyır, bəzən də od vurub yandırırlar. Bəs biz Qarabağla bağlı nə edirik?. Azərbaycanda bu gün özünü müxalifət adlandıranlar Dağlıq Qarabağı çoxdan unutmuş kimi görünürlər. Anlamaq olmur müxalifət Qərbə xoş gəlmədiyi üçün Qarabağla maraqlanmır, yoxsa bu işin iqtidardan asılı olduğunu düşünür. Amma onu da nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ problemi iqtidardan daha çox müxalifətin işidir. Belə bir vəziyyət də ABŞ-ın xarici siyasət idarəsinin başçısı Kerri kimilərə imkan verir ki, Qarabağ məsələsini ildən ilə, 10 ildən növbəti 10 ilə

geriyə atsınlar və özlərini bu məsələdə həlledici ölkə kimi göstərsinlər. Kerri nə üçün deməlidir ki, Qarabağ və ona bənzər bir sıra münaqişələrin nizamlanması üçün hələ şərait yetişməyib. Bu "şərait" heç bəlkə 100 il də yetişməyəcək. Azərbaycan dövləti və xalqı öz ərazilərinin ən məhsuldar, ən zəngin, ən yaxşı torpağından, ən gözəl mənzərəli ellərindən hələ 100 il də ayrı qalmalıdır? Buna kim haqq verib? Niyə bir milyon azərbaycanlı 70 min Qarabağa gəlmə erməniyə görə öz cənnət Qarabağına, möhtəşəm Zəngəzuruna həsrət qalmalıdır?". Rövşən Məmmədli qeyd edib ki, beynəlxalq hüquq bu məsələdə birmənalı olaraq Azərbaycanın tərəfindədir: "Bu hüququn tələblərinə görə Ermənistan ordusu qeyd şərtsiz işğal olunmuş ərazilərimizdən dərhal çıxarılmalıdır. Əks halda hərbi güclə buna nail olmaq lazımdır. Çünki beynəlxalq hüquq icazə verir ki, ərazisi işğala məruz qalmış dövlət, xalq öz ərazisinin işğaldan azad olunması üçün işğalçıya qarşı müharibə aparsın. Ermənistan 100 ildir bizim torpaqları öncə işğal edib, sonra onu həzm etmək üçün "böyük" dövlətlərə qulbeçəlik edib və bizim unutqanlığımızdanda bəhrələnərək istədiyinə nail olub. Biz ermənilərin bu mundar xislətlərinin Qarabağda həyata keçməsinə imkan verməməliyik. Çünki, indi hər zamankından çox-çox güclü dövlətimiz. Həmçinin həlledici anda bir olmağı bacaran xalqımız var". Ekspertin qənaətincə, heç vaxt ermənipərəst kerrilər və başı üzərində rus çətiri tutmuş ermənipərəst lavrovlar razı olmazlar ki, Qarabağ məsələsi beynəlxalq hüquqa uyğun ədalətli həll olunsun: "Ermənilər bizdən fərqli olaraq Qarabağ məsələsində "qalib" olmaq üçün dayanmadan, gecə-gündüz çalışırlar. Hansı ki, onların buna iynənin ucu qədər də haqları yoxdur. Biz isə öz şəxsi maraqlarımızı vətən marağından üstün tutaraq Qarabağ probleminə görüntü xarakterli maraq göstəririk. Bu cür siyasətlə Qarabağ məsələsi uzana da bilər. Hətta daha qorxulu vəziyyətlər ortaya çıxar. Bu gün Rusiyaya güvənmək, yaxud okeanın o tayından bir haray gözləmək özünüaldatmaqdan başqa bir şey deyil. Odur ki, Qarabağı xilas etmək üçün tələsməliyik. Bu məsələni özümüzdən sonrakı nəsilə buraxmaq haqqımız yoxdur. Gözləmə mvqeyində dayanmaq Qarabağın itirilmə ehtimalını artırmaqla bizə daha ziyanlı və ruh düşkünlüyü yaradan haldır. Bu gün "İsgəndər M" silahı əldə edərək lovğalanan erməni, sabah nüvə başlığı əldə edərsə onda doğurdan da Qarabağ məsələsi həll olunmaya bilər. Odur ki, qulağımızı, gözlərimizi Amerikadan, Rusiyadan çəkib üzümüzü Qarabağa çevirməli və oraya doğru yürüməliyik".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31