Politoloq “Suriya məsələsi Azərbaycan üçün ona görə maraqlıdır ki...”
“Azərbaycan ətrafında bu gün kifayət qədər gərginlik var.” Azadinform xəbər verir ki, bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.
4 Oktyabr 2016 15:47 Siyasət"Azərbaycan ətrafında bu gün kifayət qədər gərginlik var." Azadinform xəbər verir ki, bu barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib. M.Əhmədoğlu deyib ki, Azərbaycan sivilizasiyaların mərkəzində yerləşir: "Azərbaycan həm Avropa Şurası, həm də İƏT-in üzvüdür. Azərbaycan Bakıda Avropa Şurasının aparıcı ölkələri ilə İƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin görüşü ilə bağlı təklif verib. Azərbaycan bir çox dövlətlərdən irəlidə dayanır. Biz Heydər Əliyev kursuna sadiq qaldıqca uğurlu siyasətimiz davam edəcək". Politoloq vurğulayıb ki, Roma papasının Azərbaycana səfəri böyük nailiyyətdir və Azərbaycanla bağlı fikirləri alqışalayiqdir. M.Əhmədoğlunun sözlərinə görə, Suriya məsələsi Azərbaycan üçün ona görə maraqlıdır ki, Azərbaycan həmin proseslərin iştirakçısıdır: "Rusiya-İran-Azərbaycan prezidentlərinin görüşündə əsas müzakirə mövzusu Suriya idi. Gələcəkdə Suriyanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycanda mühüm rol oynaya bilər. Azərbaycan alimləri Suriya neft yataqlarına yaxşı bələddirlər". M.Əhmədoğlu Yaxın Şərqdə baş verən proseslərə də toxunub. O qeyd edib ki, bu gün İran və Türkiyə Yaxın Şərq üzrə liderliyi ələ almaq istəyirlər: "Onların mövqelərində yaxınlıq var. İran və Türkiyə arasında aktiv və məqsədyönlü dialoq ortadadır".