Siyasət
Prezident İlham Əliyev: "Azərbaycan-İran münasibətləri ən yüksək səviyyədədir"
Prezident İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.
Elşad Paşasoy: “Arif Hacılı başqanlıqdan əl çəkən deyil”
“Mən Müsavatdan istefa verən çoxsaylı insanların əvəzindən danışa bilmərəm. Öz tərəfimdən deyə bilərəm ki, mən Arif Hacılının başqanlığı dövründə Müsavatın vitrinində olan bir çox dəyərli insanların təşkilatdan getməsinə yönəlik siyasətin aparılmasına dözdüm. Lakin onun “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və burada çalışan, Müsavat Partiyasında xidmətləri olan bir çox həmkarlarımıza sayğısız münasibətə, qəzetlə faktiki olaraq ədavət aparmağa həvəsli olmasına etiraz edərək partiyadan istefa verdim”.
BMT Azərbaycanı dəstəklədi
BMT İnkişaf Proqramı (BMTİP) “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqi ilə bağlı münasibətini açıqlayıb.
Avropadan siyasi sığınacaq almaq üçün qurulan oyunlar
Bir vaxtlar “Azadlıq” qəzetində çalışan, hazırda isə Əli Kərimlinin Avropadakı mühacir biznesinin əsas fiquru sayılan Fikrət Hüseynli barədə son günlər maraqlı faktlar yayılmaqdadır.
Roma Papası işğalçı Ermənistanı Ədalət Məhkəməsinə çıxara biləcəkmi?
Dünya katoliklərinin lideri Papa Fransiskin Bakı səfəri başa çatsa da, lakin bu səfərlə bağlı hələ də müzakirələr davam etməkdədir. Xüsusilə, Papanın Bakıdan Vatikana qayıdarkən təyyarədə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün verdiyi açıqlamalar müzakirə preedmetinə çevrilib.
Tural Abbaslı: “Qərblə kimin görüşməsi önəmli deyil”
“Məncə, ABŞ və ya Avropaya kimin getməsi önəmli deyil”. Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı Müsavat Partiyasının başqanı Arif Hacılının, eləcə də İsa Qəmbərin ABŞ-a planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.
Avropadan “Milli Şura” və AXCP-yə SƏRT İTTİHAMLAR
Müxalifət düşərgəsində “qiyamçı səfir” kimi tanınan və hazırda Avropada mühacirətdə yaşayan Arif Məmmədovun “Milli Şura” və AXCP-nin planına əsasən “AND” - “Azərbaycan Naminə Demokratiya” hərəkatı yaratmaq istəyi məhz düşərgə təmsilçiləri tərəfindən kəskin etirazlarla qarşılanıb. SİA-ya daxil olan məlumata görə, etiraz edən tərəflər əsasən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün bu məsələdə təşəbbüskar kimi çıxış etməsini öyrəndikdən sonra buna qarşı çıxıblar. Belə ki, A.Məmmədovun “Milli Şura”ya yaxın olması və hərəkat təsis edilərkən, “Milli Şura” rəhbəri C.Həsənlinin iştirak etməsi vəziyyətin gərginləşməsinə səbəb olub. Məlumat sırasında bəlli olub ki, “AND”ın təsis tədbirindən çəkilən fotolarda olanların əksəriyyəti AXCP və “Milli Şura” təmsilçiləridir.
Millət vəkili: “Roma Papası Azərbaycanın qonaqpərvər olduğunu gördü”
“Roma Papası Fransiskinin Azərbaycana səfəri bütün hallarda əlamətdar hesab olunmalıdır”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Tamerlan Vahabov: “Forumun keçirilməsi Azərbaycan üçün böyük göstəricidir”
“Ümumiyyətlə hər bir beynəlxalq forumun Azərbaycanda keçirilməsi ölkəmizin sabitlik və stabillik ocağı olduğunu göstərir”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
İsraildə Xocalı facisəindən bəhs edən “Ağrı” romanı çap edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun Təl-Əvivdəki “Medial” nəşriyyatında “AĞRI” romanı nəşr edilib. Müəllifin “OLAYLAR”-a verdiyi xəbərə görə, israilli müəlliflər Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur: “Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub.
Ermənilər 25 dəfə mövqelərimizi atəşə tutub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Atom-raket BLEFİ
Ermənistan hakimiyyətinin saxta təbliğatına baxmayaraq, Qarabağdakı dördgünlük müharibədəki məğlubiyyət regionda qüvvələr balansının ən yaxşı göstəricisidir. Bunu onların yalnız ciddi şəxsi heyəti və hərbi texnika itkisi deyil, bir sıra ordu generallarının səs-küylə istefaya göndərilməsi də dolayısı ilə təsdiqləyib. Vasitəçilərin, ilk növbədə, Rusiya prezidenti Vladimir Putinin müdaxiləsindən sonra, cəbhə xəttində atəşkəs rejimi bərpa olunsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin "dondurulmuş münaqişə" adlandırılmasının doğru olmadığı bir daha təsdiqləndi.
Əli Həsənov: "Con Kerrinin səsləndirdiyi fikirlər təəssüf doğurur"- Video
“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi “liderlər buna hazır deyillər” açıqlaması bizdə təəssüf hissi doğurur və məyusedicidir”.
Almaniya səfiri: “Anlayırıq ki, indiki vəziyyətdə “status-kvo” qəbuledilməzdir”
“Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”. APA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
Azərbaycan və İran arasında imzalanmış sənədlər təsdiq edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış İcra Proqramının (2016-2019) təsdiq edilməsi haqqında fərman imzalayıb.














