Siyasət

Ekspert: ""İsgəndər"lərdən istifadə Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq"

6 Oktyabr 2016 13:58

İrəvanda paradda nümayiş etdirilən "İsgəndər-E" raket kompleksləri yaxın hərəkət məsafəli raketləri olan modifikasiyadır. Trend bildirir ki, bunu Bakıda jurnalistlərə rusiyalı hərbi ekspert Oleq Kuznetsov deyib.

Prezident İlham Əliyev və xanımı Xətai rayonunda yeni yaradılan park kompleksinin açılışında iştirak ediblər

6 Oktyabr 2016 13:24

Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan "Sevirəm" park kompleksinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Ermənistandakı kadr dəyişiklikləri nəyə hesablanıb?

6 Oktyabr 2016 13:12

Son günlər Ermənistanda iqtisadi və hərbi sahədə həyata keçirilən kadr islahatları diqqətdən kənarda qalmayıb. Təkcə Ermənistan cəmiyyəti deyil, eləcə də xarici aləm prezident Serj Sərkisyanın həyata keçirdiyi kadr islahatları ilə nəyə nail olmaq istədiyinini müəyyənləşdirməyə çalışır. Birmənalı olaraq qeyd edilən isə ondan ibarətdir ki, Ermənistan prezidenti kadr islahatları ilə baş qatmağa, gərgin sosial problemlər girdabında boğulan cəmiyyəti ümidləndirməyə çalışır. Paralel olaraq hərbi sahədə həyata keçirilən islahatlar isə aprel döyüşlərindən sonra orduda yaranmış ruh düşkünlüyünü artırmağa yönəlib.

Sosial problemlər həllini tapır

6 Oktyabr 2016 13:00

“Respublikamızda aparılan iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Hökumətin qəbul etdiyi bütün qərarlar konkret olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə əks etdirir, xalqın sosial qayğılarının təmin olunmasına əhatəli şəkildə baza yaradır”.

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirir

6 Oktyabr 2016 12:58

Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın "İsgəndər" raketləri aprel döyüşlərində hazır imiş...

6 Oktyabr 2016 12:43

Ermənistanda daha bir mənbə "İsgəndər" operativ-taktiki raket komplekslərinin Rusiyadan yeni deyil, daha əvvəldən alındığını təsdiqləyib.

"Kerri hər zaman qatı ermənipərəst mövqedə olub" RƏY

6 Oktyabr 2016 12:40

"Con Kerri hər zaman qatı ermənipərəst mövqedə olub". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Con Kerri barədə faktlar heç də əsassız görünmür ANALİZ

6 Oktyabr 2016 12:37

Sirr deyil ki, Amerika Birləşmiş Ştatları (ABŞ) müasir dünya nizamında öz siyasi və iqtisadi çəkisinə, hərbi qüdrətinə görə aparıcı rola malikdir. Belə ki, bu dövlətin oynadığı rol həm də ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı (TŞ) yeri, NATO-nun aparıcı qüvvəsi olması, eləcə də ATƏT-dəki çəkisi, digər beynəlxalq təşkilatlara təsir imkanları ilə təsbit olunur. Nəticə etibarilə, ABŞ-ın mövcud statusu beynəlxalq hüququn təmin olunması məsələsində onun üzərinə xüsusi məsuliyyət və dünya ictimaiyyəti qarşısında çoxsaylı öhdəliklər qoyur.

"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı qayda təsdiqləndi

5 Oktyabr 2016 18:43

Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nailə Bağırova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

5 Oktyabr 2016 18:29

Azərbaycan Prezidenti İlham Əliyev Nailə Bağırovanın 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Kerrinin Qarabağ bəyanatı - ABŞ öz maraqlarına zidd addım atır

5 Oktyabr 2016 18:26

ABŞ-ın Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərait yaranmadı və liderlərin buna hazır olmadığına dair söylədiyi fikirlər məndə böyük təəssüf hissi doğurur. Onun belə bir şərhini eşidəndə bu, mənə vaxtilə Con Kerrinin Konqresdə Azərbaycana qarşı məlum "907-ci düzəliş"i hazırlamasını xatırlatdı.

Deputat: "Con Kerri istəyir ki, ermənilərin xətrinə heç kim dəyməsin"

5 Oktyabr 2016 17:36

Hələ 1988-ci ildə ermənilər Dağlıq Qarabağ məsələsini ortaya atdıqları vaxtdan Con Kerrinin xüsusi ermənipərəst mövqeyi var.

ABŞ Dövlət Katibinin absurd bəyanatı

5 Oktyabr 2016 17:12

Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri yaxınlaşdıqca tutduğu vəzifəsi ilə vidalaşacağına əmin olan dövlət idarəçiliyində təmsil olunan şəxslər özlərinə yeni himayədar axtarışına çıxıblar. Heç şübhəsiz ki, bu istəyə nail olmağın ən tutarlı və cəzbedici metodlardan biri erməni diasporasının “çaldığı havaya oynamaqdır”. Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan Con Kerri məhz bu yolu özünə ideal qazanc mənbəyi hesab edir. Elə bu səbəbdən də erməni lobbisinin maraqlarına hesablanmış absurd bəyənatla çıxış etməyi özünə rəva bilib. Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".

Prezident İlham Əliyev Rumıniya və Qətərin yeni səfirlərinin etimadnamələrini qəbul edib

5 Oktyabr 2016 16:28

Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İankunun etimadnaməsini qəbul edib.