Siyasət

Rusiya XİN: Suriyadakı səfirliyimizin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görürük

6 Oktyabr 2016 16:38

Moskva Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görür.

KTMT-nın İrəvan toplantısında Qarabağ münaqişəsi müzakirə oluna bilər

6 Oktyabr 2016 16:37

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 14-də İrəvanda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunması mümkündür. 

Rusiya XİN-dən Kerriyə cavab

6 Oktyabr 2016 16:35

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bəyanatlardan asılı deyil. SİA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə ABŞ-ın dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinə dair açıqlamasını şərh edərkən bildirib.

“Bizim üçün vacibdir ki,...”

6 Oktyabr 2016 16:01

Azərbaycanın müdafiə naziri Zakir Həsənov oktyabrın 5-də Özbəkistana səfər edərək özbək həmkarı ilə geniş fikir mübadiləsi aparıb. Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra bu ölkədə prezident seçkisi keçirilməyib. Bu baxımdan Özbəkistanda prezident seçilmədən və Daşkəndin xarici siyasət kursunda hansı dəyişikliklərin olub-olmayacağı bəlli olmadan Zakir Həsənovun bu ölkəyə səfəri nə dərəcədə əhəmiyyətlidir?

Türkiyə baş nazirinin baş məsləhətçisi azərbaycanlı oldu

6 Oktyabr 2016 16:00

Türkiyənin Giresun Univetsitetinin Rektoru,Tarix elmləri doktoru,Professor Aygün Attar bu ölkənin yeni təyin edilən Baş Naziri Binəli Yıldırımın baş məsləhətçisi təyin olunub. “OLAYLAR”-ın xəbərinə görə, Aygün Attar əslən Azərbaycanın Qubadlı bölgəsindəndir.Uzun müddətdir ki, o, Türkiyədə yaşayır və fəaliyyət göstərir. Aygün Attar Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında müstəsna xidməti olan insanlardandır. Aygün Attarın Türkiyə Cümhuriyyəti Baş Nazirinin baş məsləhətçisi təyin olunması təkcə Azərbaycan deyil, bütövlükdə Türk dünyasının uğurudur.

Azərbaycan işğalçını diz üstə çökdürmək üçün əlindən gələni edəcək

6 Oktyabr 2016 15:59

“Global Firepower portalının tərtib etdiyi reytinq cədvəlində ötən il Azərbaycan öz hərbi potensialına görə 63, Ermənistan isə 74-cü pillədə yer almışdı. Bu il bilindiyi kimi balans yaratmaq adı altında havadarları haylara yenə xeyli silah və sursat ötürdülər ki, nəticə dəyişsin, ortadakı fərq aradan qalxsın.

Azərbaycanın şəhid olan hərbi qulluqçusu dəfn olundu

6 Oktyabr 2016 15:39

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Bərdə rayonunda dəfn olunub. Report bildirir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Sahil Sahib oğlu Məmmədov rayonun Soğanverdilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Erməni lobbisinin maliyyəsi qarşısında acız qalan Amerika

6 Oktyabr 2016 15:00

Cari ilin aprel ayında cəbhə xəttində baş verən məlum hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirərək uzun illər işğal altında olan bir neçə yüksəkliyi azad etməsi Ermənistandan daha çox erməni sevgisi ilə yaşayan ayrı-ayrı dövlətləri bərk narahat etməyə başladı. Hərbi əməliyyatların daha bir neçə gün davam edəcəyi təqdirdə Ermənistanın bir dövlət kimi yox ola biləcəyini görən həmin dairələr dərhal hərəkətə keçərək atəşkəs rejiminə nail olmağı bacardılar. Prosesi hərbi məcradan diplomatik istiqamətə yönəldən Qərbdəki və Avropadakı ermənipərəsət qüvvələr “Qarabağa tezliklə sülh gələcək” vədi ilə yenidən imitasiya xarakterli danışıqlar prosesinə başladılar. Keçən 6 ay ərzində bir-birinə ötür-ötür oyunu ilə problemin həllinə nail ola bilməyən ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələrinin əslində çalışdıqları status-kvonun saxlanması idi. Hələlik vasitəçi dövlətlərin buna nail olduğunu söyləyə bilərik.

"Con Kerri bu cür bəyanat səsləndirməklə ermənilərə sədaqətini nümayiş etdirdi"

6 Oktyabr 2016 14:55

"Con Kerri bu cür bəyanat səsləndirməklə bir daha ermənilərə sədaqətini ünmayiş etdirdi".

BMT Baş katibinin müavini Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb

6 Oktyabr 2016 14:41

BMT Baş katibinin müavini, qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov məktubda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkürünü ifadə edib.

Almaniya Budestağının deputatları MM-də olublar

6 Oktyabr 2016 14:40

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur. Biz parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edirik.

Yeni baş nazir Aqanbekyanı niyə çağırdı?

6 Oktyabr 2016 14:30

Aqanbekyanın "məsləhəti" ilə Sərkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi.

Deputat: Con Kerri bu cür bəyanat səsləndirməklə ermənilərə sədaqətini nümayiş etdirdi

6 Oktyabr 2016 14:21

“Con Kerri bu cür bəyanat səsləndirməklə bir daha ermənilərə sədaqətini ünmayiş etdirdi”. Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər" açıqlamasına münasibət bildirərkən deyib.

Erməni silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb

6 Oktyabr 2016 14:19

Erməni hərbi birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.