ABŞ Dövlət Katibinin absurd bəyanatı
Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri yaxınlaşdıqca tutduğu vəzifəsi ilə vidalaşacağına əmin olan dövlət idarəçiliyində təmsil olunan şəxslər özlərinə yeni himayədar axtarışına çıxıblar. Heç şübhəsiz ki, bu istəyə nail olmağın ən tutarlı və cəzbedici metodlardan biri erməni diasporasının “çaldığı havaya oynamaqdır”. Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan Con Kerri məhz bu yolu özünə ideal qazanc mənbəyi hesab edir. Elə bu səbəbdən də erməni lobbisinin maraqlarına hesablanmış absurd bəyənatla çıxış etməyi özünə rəva bilib. Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".
5 Oktyabr 2016 17:12 SiyasətErməni lobbisindən yararlanmaq məqsədi güdür
Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri yaxınlaşdıqca tutduğu vəzifəsi ilə vidalaşacağına əmin olan dövlət idarəçiliyində təmsil olunan şəxslər özlərinə yeni himayədar axtarışına çıxıblar. Heç şübhəsiz ki, bu istəyə nail olmağın ən tutarlı və cəzbedici metodlardan biri erməni diasporasının "çaldığı havaya oynamaqdır". Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan Con Kerri məhz bu yolu özünə ideal qazanc mənbəyi hesab edir. Elə bu səbəbdən də erməni lobbisinin maraqlarına hesablanmış absurd bəyənatla çıxış etməyi özünə rəva bilib. Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: "Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər".
İndi təsəvvür edin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna üzv ölkənin xarici siyasət idarəsinin rəhbəri belə bir açıqlama ilə çıxış edirsə, onda rəsmi Vaşinqtondan münaqişənin ədaləttli həlli istiqamətində hansı real addımı gözləmk olar? Münaqişənin həllində hansı beynəlxalq hüquq normalarından söhbət gedə bilər? Əgər Azərbaycan və Ermənistan liderləri özləri razılaşacaqdılarsa, onda ATƏT-in Minsk qrupuna nə ehtiyac vardı? Nəzərə almaq lazımdır ki, ABŞ Minsk qrupunda həmsədr ölkə olmaqla yanaşı, həm də dünyada güc mərkəzi sayılır, dünya siyasətini müəyyən edən dövlətlər qrupuna liderlik edir, dünya syasətinin nizamlanmasında aparıcı rola malikdir. Belə halda, Daqlıq Qarabağ probleminin həllində yeni "Amerika kəşf etməyə" ehtiyac yoxdur. Münaqişənin həll düsturu olduqca sadədir: İşğalçı ilə ərazisi işğal olunan dövlətin adı olduğu kimi çağrılsın, konfliktin həlli məqsədilə BMT Təhlükəsizlik Şurasının çıxardığı məlum 4 qətnamənin icrası məqsədilə Ermənistan tərəfinə təzyiq göstərilsin. Axı ABŞ həm də BMT kimi nüfuzlu beynəlxalq təşkilatlara təsir imkanlarına malik superdövlətdir. Çox təəssüf ki, rəsmi Vaşinqton Qarabağ probleminin həlli məsələsində yaxasını geri çəkdiyindən dövlət təmsilçiləri sərsəm bəyənatları ilə ürək bulandırılar. Məlumat üçün qeyd edək ki, C.Kerri siyasət aləminə qədəm qoyduğu gündən ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir. Hələ 1983-cü ildə, o, Masseçusets ştatının qubernatoru, anti-türk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi olmuşdu. Senator olduğu dövrdə C.Kerri "erməni soyqırımı" iddiasının tanınmasına ciddi dəstək verib, bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib.1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə C.Kerri və konqresmen Ueyn Ouens Azadlığı Müdafiə Aktına bədnam "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. C.Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda "erməni soyqırımı"nı tanıyacağını vəd edib. C.Kerri 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə C.Buşdan aprelin 24-də "erməni soyqırımı"nın tanımasını tələb edib. 2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və C.Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb ediblər. 2012-ci il sentyabrın 5-də C. Kerri Ramil Səfərovun azad olunmasını pisləmiş və bundan "şoka düşdüyünü" demişdi. C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində M.Qorbaçova müraciət ünvanlayaraq "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyi" önə çəkmişdi. "Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik". Bunu isə Kerri 2013-cü il mayın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanala görüşü zamanı bildirmişdi. Bütün sadalanan faktlar deməyə əsas verir ki, C.Kerri bütün ömrünü erməni təəssübkeşliyinə həsr edib. Kerri və onun yaxın ətrafı erməni lobbisinin imkanlarından və inzibati resurslardan istifadə etməklə, ABŞ-ın nəzarətində olan media və QHT-lərin, müxtəlif siyasətçi və ekspertlərin, habelə Azərbaycandakı radikal müxalifətin və onun da daxil olduğu bütün "5-ci kolon"un Azərbaycan hakimiyyətinə qarşı yönəldilməsi işini həyata keçirib. Çox güman ki, belə fəaliyyətdə başlıca məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı güzəştə məcbur etmək olub. Lakin qətiyyətlə demək olar ki, Azərbaycanı haqq yolundan döndərmək, əzəlli və tarixi torpaqları ilə bağlı məsələlərdə güzəştə məcbur etmək Kerri kimi yedəkdə gedən siyasətçilərin işi deyil. Çünki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquq normaları mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur. Münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur: "Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir. Onu da qeyd edək ki, Helsinki Yekun Aktında xalqların öz müqəddaratını təyin etmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit olunmuşdur. Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır". Odur ki, Kerrinin münaqişənin həlli üçün baş sındırmasına ehtiyac yoxdur. Bu məqamda sürüşkən siyasətçinin dilini dinc saxlaması, ən yaxşı halda ömrünün ahıl vaxtında erməni lobbisinin tikəsindən yararlanmaq üçün "Kardaşyan siyasətinə" baş vurması məsləhət görülür.
Alim