Siyasət

Azərbaycan nümayəndə heyəti Strasburqda Ermənistanın "İsgəndər"lə təchizatı məsələsini qaldırıb

10 Oktyabr 2016 16:07

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası qrumun Avropa Xalq Partiyası (AXP) siyasi qrupunun iclası ilə başlayıb.

Prezident İlham Əliyev 23-cü Dünya Enerji Konqresində iştirak edir - YENİLƏNİB

10 Oktyabr 2016 16:03

Bu gün İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi çərçivəsində prezidentlərin iştirakı ilə xüsusi sessiya işə başlayıb.

Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş sərgi keçiriləcək

10 Oktyabr 2016 15:58

Oktyabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Muzeyimiz və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi birgə Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərləri nümayiş olunacaq. Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun, Elm və yaradıcılıq işləri üzrə prorektoru, xalq rəssamı, professor Fuad Salayevin, beynəlxalq əlaqələr üzrə prorektoru, xalq rəssamı, professor Səlhab Məmmədovun, tədris və tərbiyə işləri üzrə prorektoru, professor Azad Zeynalovun, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimovun çıxışları və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs truppasının rəqsləri nəzərdə tutulub. Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Mütəllim Rəhimli: “Tofiq Yaqublu öz etirazını ortaya qoyacaq”

10 Oktyabr 2016 15:41

“Ümumiyyətlə qeyd edim ki, Tofiq Yaqublu son zamanlar apardığı ardıcıl mübarizə və prinsipial mövqeyi ilə artıq digər mübarizə yoldaşlarından fərqlənir”. Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Əli Kərimli mühacir biznesindən 100 min avro qazanıb

10 Oktyabr 2016 15:11

“Əli Kərimlinin mitinqində iştirak edənlərdən 50 nəfər Avropaya yaşamağa gedib. İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb avropada yaşamaq üçün.

AŞ PA: "Avropa Dağlıq Qarabağdakı münaqişəni həll etməlidir"

10 Oktyabr 2016 14:48

Dağlıq Qarabağda, Ukraynada və Gürcüstandakı münaqişələr tamamilə qəbuledilməzdir. Trend bildirir ki, bunu AŞ PA-nın sədri Pedro Aqramunt assambleyanın payız sessiyasının açılışında deyib.

Azərbaycan etibarlı tərəfdaşa çevrilib

10 Oktyabr 2016 14:36

Azərbaycan müstəqilliyinin 25-ci ilini yaşayır. Ötən 25 il ölkənin həyatı üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Həm sevincli, həm də ağrılı günlərimiz oldu. Bütün bunlara rəğmən Azərbaycan seçib müəyyən etdiyi yoldan geri dönmədi. Bəs görəsən Azərbaycanın ötən 25 ildə əldə etdiyi uğurlar necə xarakterizə edilir?

Referendum AŞ PA Bürosu tərəfindən təsdiqləndi

10 Oktyabr 2016 14:30

Avropa Şurası Parlament Assambleyası Bürosu 10 oktyabr 2016-cı ildə Fransada, Strasburqda Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri, deputat cənab Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqləyib.

Akif Nağı: “Azərbaycan axıradək öz mövqeyində qalacaq”- AÇIQLAMA

10 Oktyabr 2016 14:17

“Beynəlxalq qurumlar Azərbaycana qarşı təzyiq edir və ölkəmizi razı salmağa çalışırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın. Yəni onlar olmayan biri şeyi Azərbaycana diqtə etməyə çalışırlar”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Xorvatiya prezidenti Azərbaycana gəlir

10 Oktyabr 2016 14:01

Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar Kitaroviç oktyabr ayının sonuna yaxın Azərbaycana rəsmi səfər edəcək.

Müxalifətdaxili inteqrasiya məsələləri müzakirə edilib

10 Oktyabr 2016 13:55

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki, iclasda ölkənin mövcud siyasi və sosial-iqtisadi vəziyyəti, yaranmış şəraitdə müxalifətdaxili inteqrasiya və cari məsələlər müzakirə olunub.

XİN Rusiyanın tanınmış musiqiçilərinin adını "qara siyahı"dan çıxarıb

10 Oktyabr 2016 13:44

Rusiyanın tanınmış musiqiçiləri Timur Temirov və Soso Pavliaşvili Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar yüksək qiymətləndirilir

10 Oktyabr 2016 13:14

Ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət Azərbaycanı məlum dünya böhranından minimum itgilərlə çıxçasına şərait yaradıb. Lakin buna baxmayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da antiböhran tərdbirlərinin gücləndirilməsini zəruri edib.

"Made in Azerbaijan” brendini xarici bazarlara necə çıxarmaq olar?

10 Oktyabr 2016 13:12

Bir neçə gün öncə Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Aparılan dövlət siyasətinə dəstək olmalıdır

10 Oktyabr 2016 13:10

Son günlər cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də əyalətlərdən birində valideynin öz övladına qarşı amansız rəftar nümayiş etdirməsi, ona qeyri-insani münasibət bəsləməsidir. Məlumat üçün qeyd edək ki, ölkə televiziyalarından birində efirə gedən verilişin əməkdaşları çəkiliş zamanı belə xoşagəlməz mənzərə ilə qarşılaşıb və bu yolla cəmiyyət məlum hadisədən xəbərdar olub.