Siyasət

Azərbaycan enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş aparır

10 Oktyabr 2016 18:25

Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Konqresdə Azərbaycan, Rsiya və Türkiyə prezidentləri İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qatılıblar.

Şura Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirəcək

10 Oktyabr 2016 18:11

11 oktyabr 2016-cı il, saat 11:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirəcək.

Ərdoğan: “Türkiyə öz təhlükəsizliyi ilə bərabər dünyanın enerji təhlükəsizliyi üçün də mübarizə aparır”

10 Oktyabr 2016 17:35

“Türkiyə alternativ enerji qaynaqları baxımından zəngin bir ölkədir. Günəş, külək və su elektrik enerjisinin ölkənin enerji təchizatında çəkisini 30 faizə çatdırmağı qarşımıza qoymuşuq”.

ADP-dən irad

10 Oktyabr 2016 17:22

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan “OLAYLAR”-a daxil olan məlumata görə, İdarə Heyəti Birləşmiş Ştatların qondarma “Dağlıq Qarabağ” rejiminə dəstək olaraq müşahidə kəşfiyyat sisteminin satılması ilə bağlı atdığı addımı qətiyətlə pisləyib və bu cür addımların adı çəkilən ölkənin ATƏT-in Minsk qrupundakı barışdırıcılıq missiyasına zidd olduğunu, separatizmin dəsdəklənməsinə, bölgədə uzun müddətli sülhün pozulnmasına xidmət etdiyini və faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından çıxarılıb Ermənistana verilməsi kimi riyakar məqsəd güddüyünü bildirib.

Ərdoğan: “TANAP-ın həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq”

10 Oktyabr 2016 17:12

“Sülh üçün paylaşaq” 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır”.

Putin: "Karbohidrogen erası bitmək üzrədir” söyləmək üçün real əsas yoxdur"

10 Oktyabr 2016 17:10

“Karbohidrogen erası bitmək üzrədir” demək üçün hələlik real əsas yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Azərbaycan prezidenti: “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək Türkiyənin gələcəyini qorudu”

10 Oktyabr 2016 17:09

“Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır”.

Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatında neft və qazın payı hazırda 30 faizdir”

10 Oktyabr 2016 17:07

APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyevdeyib.

İstanbulda Azərbaycan prezidentinin iştirakı ilə Dünya Enerji Konqresi başlayıb

10 Oktyabr 2016 17:05

Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi başlayıb.

Millət vəkili: "Prezidentin də söylədiyi kimi, bank sektoru şəffaf olmalıdır"

10 Oktyabr 2016 16:54

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında bir sıra ciddi məsələlərə toxundu. Ölkə başçısının nümayiş etdirmədikləri ilə bağlı ciddi iradlar bildirməsi həmin dövlətlərə bir mesaj idi. Azərbaycan Prezidenti oradakı nitqi ilə bir daha müstəqil siyasət apardığını təsdiqlədi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi layihəsinə daha bir neçə ölkə qoşula bilər"

10 Oktyabr 2016 16:48

“Şahdəniz” yatağının işlənməsi 4 mühüm layihədən biridir. Bu layihələr enerji təhlükəsizliyi üçün çox önəmli layihələrdir". 

Ekspert: "Ermənistan Müdafiə Nazirliyindəki dəyişikliyi yaxşı analiz etmək lazımdır”

10 Oktyabr 2016 16:29

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə qədər keçirilən çoxsaylı görüşlərin və aparılan danışıqların təəssüf ki, hər hansı nəticəsi olmayıb”. Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.

Çingiz Qənizadə: “Bu, Prezidentimizin məmurlara və xalqımıza mesajı idi"-  AÇIQLAMA

10 Oktyabr 2016 16:24

“Ölkə başçısının dövlətimizin inkişafı ilə bağlı mövqeyi məlumdur. Ötən həftə keçirilən Nazirlər Kabinetinin iclasında nitq söyləyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, ölkəmizdə iqtisadi islahatlar aparılmalı, bu sahə daha da inkişaf etməli, neft sektorundan olan asılılıq aradan götürülərək kənd təsərrüfatı və digər sahələrə üstünlük verilməlidir”.  Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

MSK referendumun yekun nəticələrini sabah açıqlayacaq

10 Oktyabr 2016 16:17

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun yekun nəticələri oktyabrın 11-də açıqlanacaq. "Report"un xəbərinə görə, sabah Mərkəzi Seçki Komissiyası (MSK) referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.

Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb

10 Oktyabr 2016 16:09

Xorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviçin Bakıya səfərinin proqramı açıqlanıb. Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 24-də baş tutacaq.