Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb
Xorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviçin Bakıya səfərinin proqramı açıqlanıb. Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 24-də baş tutacaq.
10 Oktyabr 2016 16:09 SiyasətXorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviçin Bakıya səfərinin proqramı açıqlanıb.
Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 24-də baş tutacaq.
Azərbaycana ikigünlük rəsmi səfəri zamanı K.Q.Kitaroviçin Prezidentİlham Əliyev və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Bundan başqa, Bakıya səfər çərçivəsində biznes-forum keçiriləcək. Bu biznes forumda təqribən 60 xorvatiyalı iş adam iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31