ADP-dən irad
Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan “OLAYLAR”-a daxil olan məlumata görə, İdarə Heyəti Birləşmiş Ştatların qondarma “Dağlıq Qarabağ” rejiminə dəstək olaraq müşahidə kəşfiyyat sisteminin satılması ilə bağlı atdığı addımı qətiyətlə pisləyib və bu cür addımların adı çəkilən ölkənin ATƏT-in Minsk qrupundakı barışdırıcılıq missiyasına zidd olduğunu, separatizmin dəsdəklənməsinə, bölgədə uzun müddətli sülhün pozulnmasına xidmət etdiyini və faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından çıxarılıb Ermənistana verilməsi kimi riyakar məqsəd güddüyünü bildirib.
10 Oktyabr 2016 17:22 SiyasətBəzi həmsədr ölkələr sülhün pozulmasına xidmət edir
Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, İdarə Heyəti Birləşmiş Ştatların qondarma "Dağlıq Qarabağ" rejiminə dəstək olaraq müşahidə kəşfiyyat sisteminin satılması ilə bağlı atdığı addımı qətiyətlə pisləyib və bu cür addımların adı çəkilən ölkənin ATƏT-in Minsk qrupundakı barışdırıcılıq missiyasına zidd olduğunu, separatizmin dəsdəklənməsinə, bölgədə uzun müddətli sülhün pozulnmasına xidmət etdiyini və faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından çıxarılıb Ermənistana verilməsi kimi riyakar məqsəd güddüyünü bildirib. İdarə Heyəti Gürcüstanda baş tutan seçkiləri demokratik, ədalətli və gürcü xalqının mənafelərini ifadə edən seçki kimi təqdir edib. Partiya seçkini Gürcüstanın uzun illərdən bəri Avroatlantik məkana inteqrasiya istiqamətində əldə etdiyi növbəti nailiyyət kimi dəyərləndirib.