Siyasət
Azərbaycan Avropaya inteqrasiya etmir
Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər müstəqil daxili və xarici siyasət yürütməklə beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmlədə bilib. Bunun əsas səbələrindən biri Azərbaycan dövlətinin xalqın iradəsi ilə idarə olunmasıdır desək, heç də fikrimizdə yanılmarıq. Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət kimi qəbul ediyi Ana Yasasının ilk maddəsində bu məqamlar xüsusilə vurğulanıb: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Ölkə Konstitusiyasında həmçinin göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”. İndi qətiyyətlə demək olar ki, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti tərəfindən qarşısına qoyulan bu niyyətləri təmin etmək məqsədilə yürüdülən siyasətə kənar müdaxilələrə yol verilmir.
“Türk axını” regionun enerji xəritəsini dəyişəcəkmi?
Bu günlərdə Türkiyənin İstanbul şəhərində keçirilən 23-cü Dünya Enerji Konqresi bir sıra vacib məqamları ilə yadda qaldı. "Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində əsas diqqət çəkən məqam Azərbaycan, Rusiya və Türkiyə prezidentləri arasında baş tutan səmimi görüşlər oldu. Konqres çərçivəsində baş tutan başqa bir mühüm hadisə isə “Türk axını” ilə bağlı oldu. Belə ki, Rusiya və Türkiyə prezidentləri tərəfindən İstanbulda “Türk axını” ilə bağlı sazişə imza atıldı? Bəs görəsən Rusiyanın "Türk axını" ideyasının reallaşması regionun enerji xəritəsini necə dəyişəcək və Azərbaycana hansı mümkün təsirlər göstərəcək?
Musa Quliyev: “AŞPA-nın ədalətli qərarı böyük göstəricidir”
“Ümumiyyətlə Azərbaycanda sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) çox şəffaf şəkildə həyata keçirildi. Azərbaycan xalqının böyük əksəriyyəti azad, demokratik şəkildə öz fikirlərini ifadə etdilər. Exit-poll həyata keçirildi və onun göstəriciləri ilə dairə seçki komissiyalarının göstəriciləri demək olar ki, üst-üstə düşdü. Şikayətlər və qanun pozuntusu olmadı. Beləcə Avropa Şurası və ölkəmizə gələn beynəlxalq müşahidəçilər hamısı seçkilərə öz müsbət rəylərini verdilər”. Bunu SİA-ya millət vəkili Musa Quliyev AŞPA missiyasının ölkəmizdə keçirilən referendumun nəticələrini müsbət qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Cümşüd Nuriyev: “Azərbaycanın Qarabağ məsələsində geri dönüşü yoxdur”
“Prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinin həll olunmamasının əsas səbəblərindən biri kimi işğalçı dövlətə himayədarları tərəfindən yardımın göstərməsini vurğulması ilə çalışdı ki, xalq bundan xəbər tutsun”. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Mübariz Əhmədoğlu: “Azərbaycan hər an hərbi əməliyyatları tanıya bilər”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərbaycan heç vaxt Dağlıq Qarbağın müstəqilliyinə imkan verməyəcək” fikirlərinə tam yanaşamaq lazımdır. Hesab edirəm ki, həmin müşavirədə dövlət başçısı beynəlxalq aləmə vacib bir mesaj verdi və öz fikrini çatdırdı”.SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Nazarbayev xəstələndi, Bakıya səfər təxirə düşdü
Az əvvəl "İnterfaks-Azərbaycan" xəbər yayıb ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya planlaşdırılan səfəri təxirə düşüb. Bu barədə diplomatik mənbə bildirib.
Azərbaycan Suriyaya yardım göndərir?
Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi barədə məlumat yoxdur. Bunu Trend-ə açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
Müdafiə nazirindən ciddi xəbərdarlıq: "Düşmənin növbəti təxribatına cavab daha sarsıdıcı olacaq"
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib: "Azərbaycanın səylərinə baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır.
Ermənilər atəşkəsə əməl etmir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Ceyms Uorlik: "Həmsədrlər prezidentlərin tezliklə görüşəcəyinə ümid edirlər"
"ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə qarşıdakı görüşündə tərəflər daha əvvəl Vyana və Peterburqda qəbul edilən qərarları müzakirə edəcəklər".
Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib
Avstriyanın "Profil" jurnalının əməkdaşı Martin Staudinger rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edib. Modern.az bildirir ki, səfərinin yekunu olaraq yazdığı "Cəbhə xəttində: Qarabağ ətrafında savaş" məqaləsində müəllif birtərəfli mövqe tutaraq aprel döyüşlərini Ermənistanın mövqeyindən işıqlandırır.
Nazarbayev Azərbaycandan Ermənistana gedəcək
Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
Aİ-Azərbaycan alt komitələrinin iclası başlayır
Avropa İttifaqı- Azərbaycan alt komitələrinin Bakıda keçiriləcək iclaslarının tarixi açıqlanıb. SİA-ya Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, oktyabrın 12-də ədliyyə, azadlıq və təhlükəsizlik məsələləri üzrə alt komitənin iclası olacaq.














