Siyasət
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.
MSK referendumun nəticələrini təsdiqləyib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə protokolu təsdiq edib.
Şura dövlət müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirib. Öncə dövlət himni oxunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb
Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 6 seçki məntəqəsində seçki komissiyalarını buraxıb.
DİN rəsmisi: "Ukraynada azərbaycanlıların oğurlanması məsələsi şişirdilir"
Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində diaspor nümayəndələrinin Azərbaycan Milli Məclisində Ukrayna parlamenti ilə Dostluq Qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyevlə görüşü olub.
MSK referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Referendumla əlaqədar üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib
Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələri tam ləğv edib.
Əli Kərimlinin illər öncə xəyanəti SİYASİ ANALİZ
Yaxud, AXCP sədri nəyə görə siyasi ambisiyalarına nail ola bilmir? Zaman-zaman, xüsusilə Azərbaycanda seçki mühiti yarandığı vaxtlarda, o cümlədən digər ictimai-siyasi və s. proseslər dövrü özünü “ana müxalifətin lideri” kimi təqdim edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin son anda ətrafına toplaşmış adamları aldatması haqqında çoxsaylı faktlar mövcuddur. Lakin ortada olan danılmaz faktlara rəğmən, onun hələ də gündəmə çıxması, hadisələrə münasibət bildirməsi ictimai rəyə siyasi həyasızlıq təsiri bağışlayır. Ümumiyyətlə, siyasi arenada barəsində kifayət qədər faktlar danışılan Kərimlinin bugünə qədər partiyasına sədrlik etməsi anlaşılmaz olaraq qalmaqdadır.
MSK sədri: "Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır"
"Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermənin təşkili üçün üzərinə düşən vəzifəni yerinə yetirib".
“Prezident iclasda münaqişənin həlli ilə bağlı gizli məqamları açıqladı”
"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 aylıq hesabatla bağlı iclasında Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları ilə bağlı cəmiyyətimizə bəlli olmayan məqamlar üzərində dayanaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan amilləri açıqladı”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Azərbaycan-Türkiyə-Rusiya prezidentlərinin görüşü regional əməkdaşlığa töhfə verəcək
“Hər hansı beynəlxalq əhəmiyyətli bir təşkilatda Qərbin xüsusi iştirakı olmadan keçirilən görüşlər effektli və davamlı olmur. Qərb və ABŞ-la qarşıdurmada olan Venesuela kimi dövlətlərin belə bir konqresdə iştirakı ABŞ və Qərbə mesaj kimidir”.
TANAP, TAP, “Şahdəniz” layihələri qarşıdakı on illiklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcək
İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, beynəlxalq əməkdaşlığın güclənməsi, davamlı iqtisadi artıma nail olmaq, texnoloji innovasiyalara yiyələnmək üçün qısa, orta və uzunmüddətli konsepsiyalar ortaya qoymaq lazımdır.
Bakı yeni fəthə başlayır
İstanbulda 23-cü Dünya Enerji Konqresi davam edir. "Embracing New Frontiers" ("Yeni üfüqləri fəth edək") sloqanı ilə keçirilən konqresdə dünyanın 85 ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, yüksək mənsəbli məmurlar iştirak edirlər. Onlar dünyanın yeni qlobal enerji gündəmini formalaşdırmağa çalışırlar.
Müdafiə naziri cəbhə xəttində
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar. Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
İstanbuldan Qərbə verilən mesaj
Bu günlər dünyanın diqqəti yenə də Türkiyədə idi. Belə ki, İstanbulda 23-cü Dünya Enerji Konqresi keçirilirdi. Oktyabrın 13-dək davam edəcək konqresin açılışına dünya liderləri də qatılmışdı. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan bu Konqres vasitəsilə rusiyalı həmkarı Vladimir Putini də ölkəsinə dəvət etmək imkanı qazanmışdı. Öz növbəsində Rusiya prezidenti bu imkandan istifadə etdi. Bu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından və Ankaranın üzrxahlığından sonra iki liderin sayca 3-cü görüşü idi.














