Referendumla əlaqədar üç seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki  məntəqəsində  seçkinin nəticələri tam ləğv edib.

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki  məntəqəsində  seçkinin nəticələri tam ləğv edib.

Məlumata görə, bunu bu gün MSK-nın iclasında MSK katibi Arifə Muxtarova bildirib.

A. Muxtarova deyib ki, 1 seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv edilib.

"11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlibadad kənd Seçki Dairəsi  2 saylı seçki məntəqəsində seçkinint nəticələri tam,  64 saylı saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində isə seçkinin nəticələri qismən ləğv olunub", - deyə o bildirib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31