Siyasət
“25 İLLİK MÜSTƏQİL AZƏRBAYCAN”
Hər bir şəxs müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr etməlidir!
Ziya Məmmədov vəzifəsindən çıxarıldı
Beynəlxalq təşkilatlar Qarabağ məsələsinə biganə yanaşırlar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan keçən dövr ərzində problemin dinc yolla həlli məqsədilə aparılan danışıqlarda Ermənistan işğalçılıq mövqeyindən əl çəkməyib, məsələyə qeyri-konstruktiv yanaşıb. Hazırda da dünya birliyinin ikili standartlardan çıxış etməsi, BMT, ATƏT kimi beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına mane olur.
Erməni lobbisi və diaspor təşkilatları Azərbaycana qarşı informasiya müharibəsində böyük şəbəkəyə malikdirlər
Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” Qanununda da öz əksini tapıb. İnformasiya təhlükəsizliyinə xarici təhdidlər, onların qarşısının alınması metodları milli təhlükəsizliyin bütün sahələri üçün ümumi xarakter daşıyır və buna bütün vətəndaşlar, xüsusən də media nümayəndələri məsuldurlar. Konsepsiyada və Qanunda qeyd olunur ki, dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunması, ölkənin bütövlükdə informasiya təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması, habelə informasiya sahəsində milli maraqların qabaqlayıcı, önləyici mövqeyə çıxarılması ciddi tədbirlər kompleksi ilə mümkündür.
Prezidentdən dünyaya mühüm Qarabağ mesajı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ötən həftə sonu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. İclasda çıxış edən dövlət başçısı ötən müddət ərzində görülən işləri geniş təhlil edib və gələn il üçün qarşıda duran vəzifələr barəsində fikirlərini bildirib.
Azərbaycanın mövqeyi dəyişməzdir
“Hesab edirəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox mühüm mesajlar verdi”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
“Ermənistanın törətdiyi cinayətlər miqyasına görə “Panama vərəqləri”ni kölgədə qoyur”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının iclasında dinlənilən məruzələr arasında ən qızğın müzakirələr avstriyalı deputat Stefan Şennaxın hazırladığı hesabat ətrafında cərəyan edib. Dünya miqyaslı maliyyə cinayətlərini əhatə edən “Maliyyə və sosial sahədə ədaləti təmin etmək üçün “Panama vərəqləri”ndən alınan dərslər” mövzusunda hazırlanmış məruzə ilə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov çıxış edib.
Hasan Oktay: “Azərbaycan Qafqaz bölgəsində regional gücə çevrilə bilər”
“İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi regionda yeni bir sülhün təməli kimi də qiymətləndirilə bilər”. Bunu SİA-ya açıqlamasında konqresin yekunlarını şərh edən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib. O xatırladıb ki, Suriyada başlayan, Ukraynada davam edən regional böhran, daha sonra Türkiyə və Rusiya arasındakı təyyarə olayı regionu döyüş vəziyyətinə gətirdi: “Amerika başda olmaqla Qərb dövlətləri Türkiyəni Ukraynada Rusiyaya qarşı cəbhəyə cəlb etmək istəyirdilər. İstanbulda imzalanmış “Türk axını” sazişi iki il oncə imzalanmalı idi. Lakin ABŞ başda olmaqla Qərb ittifaqı bu anlaşmaya maneə törətmək üçün əlindən gələni etdi. Sonra isə Suriya üzərindən Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoydular.
Tamerlan Vahabov: “Prezident Azərbaycanın müstəqil xarici siyasətini yürüdür”- AÇIQLAMA
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək fikri tamamilə düzgün və realdır”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Elşən Musayev: “Rusiya Azərbaycana çox yaxındır”- AÇIQLAMA
“Ümumiyyətlə Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında və hətta bir ara düşmənçilik səviyyəsinə qalxan münasibətlərin qardaş səviyyəsinə düşməsində Azərbaycanın və ölkə rəhbərinin böyük rolu var”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Azərbaycanlı deputat: "Haradandır bu vəsait? Hamısı çirkli pullardır bunlar!"
Azay Quliyev ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edəcək
Prezidentin fərdi təqaüdünün məbləği 300 manat artırılıb
Azərbaycan prezidenti İlham Əliyev Prezidentin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü dövlət səviyyəsində qeyd olunacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.
Milli Qəhrəmanlar üçün Prezident təqaüdünün məbləği artırıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.














