Erməni lobbisi və diaspor təşkilatları Azərbaycana qarşı infor­masiya müharibəsində böyük şəbəkəyə malikdirlər

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Milli Təhlükəsizlik Konsep­siyasında və Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” Qanununda da öz əksini tapıb. İnformasiya təhlükəsizliyinə xarici təhdidlər, onların qarşısının alınması metodları milli təhlükəsizliyin bütün sahələri üçün ümumi xarakter daşıyır və buna bütün vətəndaşlar, xüsusən də media nümayəndələri məsuldurlar. Konsepsiyada və Qanunda qeyd olunur ki, dövlət, ictimai və fərdi informasiya ehtiyat­larının qorunması, ölkənin bütövlükdə informasiya təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması, habelə infor­masiya sahəsində milli maraqların qabaqlayıcı, önləyici mövqeyə çıxarılması ciddi tədbirlər kompleksi ilə mümkündür.

Onların antiAzərbaycan fəaliyyəti ciddi şəkildə koordinasiya edilir

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Milli Təhlükəsizlik Konsep­siyasında və Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik haqqında" Qanununda da öz əksini tapıb. İnformasiya təhlükəsizliyinə xarici təhdidlər, onların qarşısının alınması metodları milli təhlükəsizliyin bütün sahələri üçün ümumi xarakter daşıyır və buna bütün vətəndaşlar, xüsusən də media nümayəndələri məsuldurlar. Konsepsiyada və Qanunda qeyd olunur ki, dövlət, ictimai və fərdi informasiya ehtiyat­larının qorunması, ölkənin bütövlükdə informasiya təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması, habelə infor­masiya sahəsində milli maraqların qabaqlayıcı, önləyici mövqeyə çıxarılması ciddi tədbirlər kompleksi ilə mümkündür.

"Ulus" Fondunun həmtəsisçisi, hərbi  jurnalistika üzrə mütəxəssisi. Əlisafa Mehdiyev deyir ki, bəzi xarici qüvvələr xalqımızın ictimai rəyinə, daxili-xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, seperatçı informativ-təbliğat vasitələri yaradırlar. Onun sözlərinə görə, mövcud fəaliyyət ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətə tabesizliyin, ümumən cəmiyyətdə ümidsizliyin, etimadsızlığın formalaşmasına hesablanıb: "Savaş gedən regionda informasiya mübarizəsinə qoşulmuş jurnalist də fərqli silahlanmış Vətən əsgə­ridir. O, ayrı-ayrılıqda bir ordunun işini qarşılayır. Onun informasiya silahı qısa zaman içində bütün dünyaya yayıla bilir, gərəkən müdafiəni, yaxud hücumu öncədən təşkil edir, dünya insanlarının şüurunda da interferens effekti yarada bilir. O da məlumdur ki, xarici ölkələrdəki erməni lobbisi və diaspor təşkilatları Azərbaycana qarşı infor­masiya müharibəsində böyük şəbəkəyə malikdirlər. Həmin şəbəkənin əhatə və təsir dairəsi xeyli genişdir. Bura müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında çalışan, bəzən öz mənşəyini gizlədərək başqa soyadlarla çıxış edən erməni əsilli jurnalistlər, diasporun təsiri altında olan xarici mətbuat orqaları, internet informasiya resursları, teleradio kompaniyaları və s. daxildir. Bundan başqa əsasən erməni lobbisinin təsiri altında olan, onun maliyyəsi ilə ayaqda duran bəzi xarici qeyri-hökumət təşkilatları, tanınmış mədəniyyət adamları, ictimai-siyasi xadimlər var. Onların antiAzərbaycan fəaliyyəti ciddi şəkildə koordinasiya edilir". Əlisafa Mehdiyev bildirib ki, bu kimi hallarla mübarizə üçün Azərbaycanın geniş şəbəkəyə malik informasiya məkanı olmalıdır: "Mövcud məkanda isə əsas təbliğat arealı həm MDB məkanına daxil olan ölkələrin, həm də qonşuluğu­muzdakı İranın və Türkiyənin mediasıdır. Bu media quruluşlarında çalışan jurnalistlərin, aparıcı fikir adamlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılması, bu baxımdan Azərbaycanın obyektiv mövqeyinin təbliği, ölkəmizin haqq səsini müdafiə edən informasiya şəbəkə­sinin yaradılması vacibdir. Nəzərə almaq lazımdır ki, informasiya müharibəsi şəraitində informasiyanın dağıdıcı, yaxud qoruyucu mahiyyətini uzun illərin təcrübələrindən çıxmış, güclü ideoloji silahlanma ilə cilalanmış jurnalist ordusu yerinə yetirə bilər. 2016-cı ilin aprelində cəbhə xəttində hərbi əməliyyatların intensivləşməsi fonunda buna daha çox ehtiyac duyulduğunu gördük. Beynəlxalq ictimai rəy məhz indiki məqamda Azərbaycanın ədalətli mövqeyi barədə daha çox məlumatlı olmalıdır. Bu prosesdə isə həmin ictimai rəyi formalaşdıran tanınmış media nümayəndələrinin problemə daha yaxından köklənmələri şərtdir". Əlisafa Mehdiyevin sözlərinə görə, zamanın mürəkkəb çağırışları ölkəmizdə mənəvi bütövlüyü, milli həmrəyliyi həyati zərurətə çevi­rir: "Bu prosesin əleyhinə davranışlar, yaxud fəaliyyətsizlik cəmiyyətin mənəvi-intellektual gücünün zəif­ləməsinə səbəb olur. Mənəvi-intellektual gücün möhtəşəmliyi isə yetərincə məlumatlı olmaqdan yaran­dığını unutmamalıyıq. Hər bir ölkənin informasiya məkanı və informasiya mühiti, informasiya ehtiyatları və texnologi­yaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının səviyyəsini və dinamikasını müəyyən­ləşdirir. Beynəlxalq və yerli sistemyaradıcı amil yalnız informasiyalı mühitdə siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər sahələrə müdaxilə edib milli təhlükəsizlik sisteminin möhkəmliyini təmin edir. İnformasiya siyasəti beynəlxalq, regional və milli münasibətlərin, daxili və xarici sosial-iqtisadi proses­lərin idarə olunmasında təhlükəsizliyin ilkin təminatçısına çevrilir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31