Siyasət
Prezident İlham Əliyev: “Ermənistan sülh istəmir”
“Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir" “Xorvatiya prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.
Prezident: "Hazırda biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının formatı üzərində işləyirik"
“İlin əvvəlində Londonda Suriya ilə bağlı keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional, təhlükəsizlik məsələlərini, əməkdaşlıq, ticarətlə bağlı məsələlərlə əlaqədar geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur”.
Deputat: “Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir”
"ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan əl çəkməlidir”.
Bayram Səfərov: “İşğalçı dövlətin rəhbərliyi icmaların görüşünə mane olur”
“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş hələ ki, gözlənilmir”. Bu fikri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, Ermənistan hakimiyyəti belə görüşün baş tutmasına mane olur.
Tehran Qarabağ məsələsində vasitəçilik edəcək?
Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz, lakin hazırda Tehranın vasitəçiliyi gündəmdə deyil.
Azərbaycan prezidentinin köməkçisi Türkiyə XİN rəhbəri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovTürkiyədə səfərdədir.
Azərbaycanda daha 17 QHT qeydiyyata alındı
Azərbaycanda daha 17 QHT qeydiyyata alınıb. Bu barədə məlumatı virtualaz.org saytına Hökumət-Vətəndaş dialoqu platformasının koordinatoru, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü Əlmməmməd Nuriyev verib.
Əvvəlcə BMT TŞ-nin qətnaməsi, sonra status məsələsi...
“Ermənistan əvvəlcə Azərbaycanın yuxarı Qarabağ regionunu, sonra isə ətraf rayonları işğal edib”.
Kolinda Qrabar-Kitaroviç: "Azərbaycan-Xorvatiya əlaqələrini inkişaf etdirmək üçün daha çox imkanlar var"
Bizim artıq ötən gecə Bakıda və Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox başqa insanlar var.
Politoloq: “AXCP dövlətçiliyimizi hədəfə alıb” AÇIQLAMA!
"“Azadlıq" qəzeti sırf Əli Kərimlinin marağına xidmət göstərən bir sektadır. Bu qəzet heç vaxt obyektiv fikir dərc etmir. Qəzetin tirajladığı bütün materiallar kompromat fikirlər‚ şər-bohtan xarakterli‚ dövlətçiliyimizi hədəf alan xəbərlər olur. Azadlıq qəzetinin bütün amalı və hədəfi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq‚ ölkəyə mənfi imic qazandırmaq və Əli Kərimlinin‚ AXCP-nin maraqlarının təmin olunmasına çalışmaqdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mirsamir Məmmədov bildirib.
"Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı istiqamətində daha çox irəliləyiş görmək istəyirik"
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanımKolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.
Səfirimiz etimadnaməsini Malta prezidentinə təqdim edib
Azərbaycan Respublikasının iqamətgahı Roma şəhərində yerləşən, eyni zamanda Malta Respublikasındakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin prezidenti Mari-Luiz Koleyro Prekaya təqdim edib.
Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamı
Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
Həmsədrlərin Ermənistanın maraqlarına xidmət edən fəaliyyəti
Aprel hadisələrindən sonra ATƏT-in Minsk qrupu və onun həmsədr ölkələri Dağlıq Qarabağ probleminin həlli istiqamətində bir qədər aktivlik nümayiş etdirsələr də, lakin bu aktivlik müəyyən müddət üçün keçərli oldu. Daha doğrusu Ermənistanı ənənəvi qeyri-konstruktiv və separatçı mövqeyindən çəkindirə bilməyən həmsədrlər yenidən baş qatmaqla məşğul oldular ki, bu da Azərbaycan cəmiyyətində haqlı narazılıq yaratdı. Azərbaycan cəmiyyətinin haqlı narazılığının cəbhədə yenidən hərbi əməliyyatların başlamasını zərurətə çevirməsi isə həmsədrləri yenidən hərəkətə keçməyə vadar edib. Xəbər verildiyi kimi vasitəçilər növbəti dəfə regiona səfər ediblər. Bəs nəticəsiz səfərlər nəyə hesablanıb və proses hansı istiqamətə doğru gedir?
"Azərbaycan və Xorvatiya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir"
Oktyabrın 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.














