Siyasət
Beynəlxalq birliyin Dağlıq Qarabağ probleminə olan biganəliyi
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona daha bir uğursuz səfəri başa çatdı. Vasitəçilərin sonuncu səfəri bir daha onu təsdiqlədi ki, Minsk qrupu Dağlıq Qarabağ problemini həll etməkdə acizdir. Bəs belə olan halda həmsədrlərin regiona həyata keçirdikləri turistik səfərlər nəyə lazımdır və ya kimin maraqlarına xidmət edir.
Tez-tez bizi Azərbaycanla yaxın dostluğumuza görə qınayanlar olur
"Bu gün İsraillə Azərbaycan arasında çox yaxşı, isti münasibətlər mövcuddur". Olaylar.az APA-ya istinadən bildirir ki, bu sözləri İsrail Knessetinin üzvü Konstantin Rozvozov İsraildə səfərdə olmuş bir qrup jurnalistə açıqlamasında deyib. O, Azərbaycanın tolerant ölkə olduğunu bildirib: "Azərbaycana ilk səfərim zamanı gördüm ki, burada dövlət tərəfindən sinaqoqlara maliyyə ayrılır. Bu, yəhudilərə münasibətin göstəricisidir. Biz bunu görürük və qiymətləndiririk. Bu, başqa ölkələr üçün nümunə ola bilər. Əməkdaşlıq üçün müzakirə edə biləcəyimiz çox sahələr var. Biz Azərbaycandan neft alırıq. Məlumdur ki, tez-tez bizi yaxın dostluğumuza görə qınayanlar olur. Lakin biz bunları qəbul etmirik. Azərbaycan bizim üçün vacib ölkədir. Neft və qazla yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq edə bilərik".
Gürcü millətçilərinin lideri: “Azərbaycan Marneulini tutacaq...”
Qərbə meylli hakimiyyətin xalqın həyat səviyyəsini yaxşılaşdırmaması gürcülərin getdikcə daha çox ümidsizliyə qapılmasıyla nəticələnir.Son seçkilərdə parlamentə keçməyə müvəffəq olan ultramillətçilərin tərəfdarlarının artması məhz cəmiyyətin narahatlığının göstəricisidir.
Jurnalistlər üçün PR tur keçiriləcək
Dekabrın 6-da “Excelsior Hotel Baku” otelində jurnalistlər üçün PR tur keçiriləcək. Tədbirdə iştirakçılara “AtaHolding” Şirkətlər Qrupunun bu sahədə keçirdiyi işlər haqqında ətraflı məlumat veriləcək.
“İqtibaslar” kitabının elektron versiyası hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət quruculuğuna dair düşüncələrini əks etdirən “İqtibaslar” kitabının elektron versiyası hazırlanıb. Kitabda ölkə prezidentinin dövlətçilik, müstəqillik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan-Türkiyə yaxınlaşması, qaçqın və məcburi köçkünlərin problemləri, terorizm, xarici siyasət, eləcə də demokratik proseslər, təhlükəsizlik problemləri, iqtisadiyyat, dünya ictimaiyyətinə inteqrasiya, roegional layihələr və sair məsələlər haqqında ən vacib sitatları yer alıb.
Elmar Məmmədyarov Didye Burkhalter ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.
Ermənilərin fransız dostunun gizli Qarabağ planı
Vaxtilə ermənilər Azərbaycana qarşı informasiya blokadasından yararlanaraq Avropadakı "dostlarından" bizə qarşı istifadə edirdilər. Sonrakı illərdə informasiya blokadasını yara bildik. Ancaq Avropada "ağ" rəngə "qara" və tərsinə deyənlərin sayı azalmadı. Bunlardan biri də Fransanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Rene Rukedir. Fransalı deputat İrəvanı və Xankəndini su yoluna döndərib. Etdiklərinin və dediklərinin büsbütün hamısı Azərbaycana qarşıdır.
XIN: Karen Mirzəyan ilə görüş əvvəlcədən Azərbaycanla razılaşdırılıb
"Avropa İttifaqının Cənubi Qafqazüzrə xüsusi nümayəndəsi Herbert Zalberin Yerevanda Karen Mirzəyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyıb. Bu görüş əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırılıb".
Washington Post: ABŞ-ın yeni prezidentinin adı məlum oldu
Türkiyə ordusu Qarabağa daxil olur – MƏXFİ PLAN
Səməd Seyidov AŞPA-nın həmməruzəçi kimi da Serbiyaya gedəcək
Azərbaycan Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentinAŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovoktyabrın 25-dən 29-dək AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcək. MM-dən APA-ya verilən məlumata görə, səfər müddətində Səməd Seyidovun Avropa Şurasının Serbiya ofisinin rəhbəri, ölkə rəhbərliyi, AŞ-yə üzv ölkələrin Serbiyadakı səfirləri, QHT-lərin təmsilçiləri, media nümayəndələri, Hakimlər və ictimai vəkillər Assosiasiyasının üzvləri, bu ölkənin AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının başçıları ilə görüşləri nəzərdə tutulub.
Ümidvaram ki, azərbaycanlı turistlərin sayında artım müşahidə edəcəyik
“Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik”.
Xorvatiya prezidenti: “Bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyirik”
“Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza şamil olunur”.
Dövlət başçısı: “Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi Prosineçkinin mükəmməl fəaliyyətidir”
“Xorvatiya prezidenti ilə görüşdə enerji sahəsində olduqca ümidverici olan əməkdaşlığı müzakirə etdik. Biz artıq tərəfdaşıq”.














