Səməd Seyidov AŞPA-nın həmməruzəçi kimi da Serbiyaya gedəcək

Azərbaycan Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentinAŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovoktyabrın 25-dən 29-dək AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcək. MM-dən APA-ya verilən məlumata görə, səfər müddətində Səməd Seyidovun Avropa Şurasının Serbiya ofisinin rəhbəri, ölkə rəhbərliyi, AŞ-yə üzv ölkələrin Serbiyadakı səfirləri, QHT-lərin təmsilçiləri, media nümayəndələri, Hakimlər və ictimai vəkillər Assosiasiyasının üzvləri, bu ölkənin AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının başçıları ilə görüşləri nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə Serbiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl olunması barədə fikir mübadiləsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31