Ümidvaram ki, azərbaycanlı turistlərin sayında artım müşahidə edəcəyik

“Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik”.

"Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik".

APA-nın məlumatına görə, bunu Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bəyan edib.

O qeyd edib ki, buna XorvatiyanınAvropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini verib: "Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Bizim həmçinin mülki inşaat, kənd təsərrüfatı, ərzaq emalı müəssisələrimiz var. Xorvatiya şirkətlərinin əksəriyyəti "Halal" sertifikatına malikdir".

Xorvatiya prezidenti ümidvar olduğunu bildirib ki, sabah Bakıda keçiriləcək biznes-forumda Azərbaycan şirkətləri ilə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparılacaq: " Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31