Azərbaycan prezidentinin köməkçisi Türkiyə XİN rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovTürkiyədə səfərdədir.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovTürkiyədə səfərdədir.

APA-nın məlumatına görə, Ə. Həsənov səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31