Siyasət

“Həmsədrlərin mövqeyində Azərbaycanın xeyrinə dəyişiklik görmürəm”-  RƏY

24 Oktyabr 2016 12:49

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyində Azərbaycanın xeyrinə heç bir dəyişiklik görmürəm”. Bunu SİA-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu amerikalı həmsədr Ceyms Uorlikin Bakıda söylədiyi fikirləri şərh edərkən deyib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

24 Oktyabr 2016 12:18

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan və Xorvatiya prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 

24 Oktyabr 2016 11:34

AZƏRTAC bildirir ki, oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanımKolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan prezidenti “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar sərəncam imzalayıb

21 Oktyabr 2016 18:53

Azərbaycan prezidentiİlham Əliyev  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Azərbaycan XİN Fransadan olan həmsədrin dəyişdirilməsi haqda

21 Oktyabr 2016 18:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədrinin dəyişdirilməsinə münasibət bildirib.

Əli Kərimlinin köməkçisinin apellyasiya şikayəti təmin edilməyib

21 Oktyabr 2016 17:32

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Azərbaycanda qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq edilir

21 Oktyabr 2016 16:18

Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman imzalayıb.

Azərbaycan XİN: Ermənistan rejimindən bundan artıq nə gözləmək olar?

21 Oktyabr 2016 16:17

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın  jurnalistlərin ümumerməni forumundakı çıxışına münasibət bildirib.

Türkiyə niyə Minsk Qrupunun həmsədri ola bilmir? 

21 Oktyabr 2016 14:25

Son vaxtlarda Türkiyənin Avrasiya bölgəsində rolu və imkanlarının artımı müşahidə olunmaqdadır. Ərəb ölkələrində yaşanan siyasi təlatümlərlə bağlı Türkiyənin dünyəvi modeli supergüclərin narahatçılığına səbəb olub. Xüsusən, rəsmi Ankaranın regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabaq probleminin tənzimlənməsindəki fəallığı ATƏT-in Mİnsk qrupu həmsədr ölkələri tərəfindən birmənalı qarşılanmayıb.

MN: Erməni tərəfinin məlumatı vəziyyətin gərginləşdirilməsinə yönəlib

21 Oktyabr 2016 13:58

Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.

Zakir Həsənov beynəlxalq konfransda iştirak edib 

21 Oktyabr 2016 13:15

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər və əlavələr edilib

21 Oktyabr 2016 13:08

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 30 noyabr tarixli 489-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2007-ci il 19 dekabr tarixli 683 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.