Siyasət

"Prokurorluq haqqında" qanunda dəyişikliklər edildi

21 Oktyabr 2016 12:44

Prezident İlham Əliyev "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Əli Kərimli İlqar Məmmədova necə uduzdu SİYASİ RAKURS

21 Oktyabr 2016 12:42

“Facebook” social şəbəkəsində aparılan sorğu nəticəsində AXCP sədri Əli Kərimli REAL hərəkatının sədri İlqar Məmmədova uduzub və maraqlısı da budur ki, “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” sualı altında keçirilən soğruda AXCP sədrinin “söyüş qrupları” və saxta profilləri belə onun dadına yetişməyib. Lakin maraqlı məqam budur ki, bənzər sorğu bir müddət əvvəl də keçirilmişdi və həmin sorğuda da eyni nəticə əldə olunmuşdu. Bu isə ilk növbədə belə deməyə əsas verir ki, Ə.Kərimli aşkar şəkildə İ.Məmmədovun qarşısında aciz durumdadır. Üstəlik, o azadlıqdadır, rəqibi isə həbsdə. Hətta həbsdə olmasına rəğmən, İ.Məmmədovun Ə.Kərimlini məğlub etməsi isə bəzi məqamları ortaya çıxarmış olur.

"Poçt haqqında" qanunda dəyişiklik edildi

21 Oktyabr 2016 12:21

Prezident İlham Əliyev "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 316-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edib

21 Oktyabr 2016 12:05

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Abşeron rayonu Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Ermənilər atəşkəs rejiminə əməl etmir

21 Oktyabr 2016 12:04

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bayram Səfərov: “Həmsədrlər bizimlə görüşə bilərlər”

21 Oktyabr 2016 11:43

"ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri hamanı "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə görüş keçirmələri istisna deyil ".  

Xorvatiya prezidenti: "Azərbaycanla münasibətlər Avropa üçün xüsusi əhəmiyyət kəsb edir"

21 Oktyabr 2016 11:38

"Enerji təhlükəsizliyinin təmin olunması da daxil olmaqla, Avropa İttifaqı (Aİ) hazırda bir sıra çağırışlarla üzləşir". "APA-Economics" xəbər verir ki, bunu Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "Casppian Energy" jurnalına müsahibəsində bildirib.

Politoloq: “Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir”- AÇIQLAMA

21 Oktyabr 2016 11:30

“Cənab Prezident İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barəsində gedən söz – söhbətlərə aydınlıq gətirib. Bu məsələ tez – tez Rusiyanın ayrı – ayrı KİV-ləri tərəfindən qaldırılır. Aydın məsələdir ki, Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir. Xarici siyasətimiz manevrlər əsasında davam etməkdədir”. BunuSİA-ya politoloq Zaur Məmmədov deyib.

Fransa qəzeti: Ermənilər davamlı olaraq Azərbaycanın hərbi mövqelərini və mülki əhalini atəşə tuturlar 

20 Oktyabr 2016 18:56

Qoşunların təmas xəttinə yaxın ərazilərdə silahlı erməni əsgərlərini müşahidə etmək mümkündür və onlar davamlı olaraq Azərbaycan tərəfinin hərbi mövqelərini və hətta mülki əhalini atəşə tuturlar.

Qazaxda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrılıb

20 Oktyabr 2016 18:27

Azərbaycan prezidentiİlham Əliyev Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xələf Xələfov: "Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub"

20 Oktyabr 2016 18:26

"Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi səbəbindən təəssüf ki, insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri bu ərazidə tam yerinə yetirə bilmir".

Xələf Xələfov: "Azərbaycan insan hüquqları və fundamental azadlıqlar prinsiplərinə sadiqdir"

20 Oktyabr 2016 18:24

Azərbaycan insan hüquqları və fundamental azadlıqlar prinsiplərinə sadiqdir. 

Əli Həsənov: Azərbaycan 25 ildə özünü tam təmin edən bir dövlət olaraq formalaşıb və öz inkişafını uğurla davam etdirir 

20 Oktyabr 2016 16:56

- Əli müəllim, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın müstəqilliyinin 25 illik yubileyi təntənəli şəkildə qeyd edildi və tədbirdə ölkə başçısı keçilən yola, görülmüş işlərə sistemli qiymət verərək möhtəşəm nitq söylədi. Prezidentin nitqində səslənən və müstəqillik tarixində xüsusi rolu olan əsas amil haqqında sizin də fikirlərinizi öyrənmək istərdik. Mövcud imkanların dəyərləndirilməsi və perspektiv inkişaf baxımından 25 ildə keçilmiş müstəqillik yolunu ümumən necə xarakterizə etmək olar?

Əli Ömərov Ayaz Mütəllibova açdığı cinayət işindən DANIŞDI

20 Oktyabr 2016 15:47

"Ayaz Mütəllibov ermənilər tərəfindən Xocalı faciəsinin törədilməsində təqsirlidir. Baş prokuror olan zaman biz Xocalı faciəsi ilə bağlı təqsirli bilinən 8 nəfərin adını yazmışdıq. Onlar maddi və mənəvi cinayət törətməkdə ittiham olunurdu. Həmin şəxslərdən biri də Ayaz Mütəllibov idi”.