Siyasət

Azərbaycanla müqaviləyə xəyanət

20 Oktyabr 2016 15:45

Küveyt dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərində müsəlmanlara qarşı qətliam törədən ermənilərə yardımı ortaya çıxıb.

Yerevan sülh prosesinə zərər vurmaqla öz müstəqilliyinə xələl gətirir

20 Oktyabr 2016 15:12

Vaşiqntonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib.

Nazir: "Peyklə işğal altında olan ərazilərimizin talan olunmasını təsdiqləyən materiallar toplanıb"

20 Oktyabr 2016 15:00

"Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq".

FETÖ ilə mübarizə yeni mərhələdə

20 Oktyabr 2016 14:49

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin Özbəkistan paytaxt Daşkənddə oktyabrın 18-19-da keçirilən 43-cü sessiyasında FETÖ terrorçu təşkilat elan edildi. Bu qərar bir tərəfdən Ankaranın ciddi uğuru sayıla bilər. Digər tərəfdən qərarın hamı tərəfindən yerinə yetirilb-yetirilməyəcəyi sualı açıq qalır.

Mais Səfərli: "Pozuculuq cəhdlərinin qarşısı alınmalıdır"- MÖVQE

20 Oktyabr 2016 14:22

“Leyla Yunusun Nardaran hadisələrinin ideoloqu Taleh Bağırzadəyə dəstək nümayiş etdirən məktub göndərməsi onun bu əməlinin sifarişli xarakter daşımasından xəbər verir”. Bu barədə SİA-ya “Yurddaş” partiyasının sədri Mais Səfərli sözügedən məsələyə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, siyasət dinə qoşulanda radikal bir hərəkat yaranır: “Artıq biz bunu başqa ölkələrin təcrübəsindən görürük ki, radikal dini hərəkatlar hansı ağır fəlakətlər yaradır. Yəni o ölkələrdə ki, dindən siyasi məqsədlər üçün istifadə olunur, həmin ölkələrin aqibəti faciəvidir. Bu kimi ölkələrdə cərəyan edən qarışıqlıq bizim ölkəmizdə ola bilməz. Çünki bu cür hərəkətlərin baş verməsinə nə qanunlarımız, nə də cəmiyyətimiz yol verməz”.

Mütəllim Rəhimli: “Leyla Yunusun hərəkətlərini pisləyirəm”-  ETİRAZ

20 Oktyabr 2016 14:21

“Son vaxtlar Azərbaycanda siyasi məhbus məsələsindən bəzi müxalif qüvvələr manupulayasiya etməyə çalışırlar. "Siyasi məhbus" şousunun gündəmə gəlməsində bəzi xarici qüvvələrin maraqları var ki, daimi olaraq, bu məsələni gündəmdə saxlamağa çalışırlar”. Bu fikirləri SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli Leyla Yunusun Tale Bağırzadəyə dəstək məktubu göndərməsinə və qızışdırıcılıq mövqeyi sərgiləməsi istiqamətindəki çağırışlarına münasibətini bildirərkən deyib.

Millət vəkili: “Bu, ermənilərin də gözündən qaçmayıb”- MÜNASİBƏT

20 Oktyabr 2016 14:19

“Prezident İlham Əliyevin Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi intervüyə baxdım. Bu, janr baxımından qətiyyən portret intervü deyildi. Ancaq belə demək mümkünsə, verilən nahamar suallara cənab Prezidentin açıq, cəsarətli və səmimi cavabları onu portret intervüyə çevirib”.SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

Prezident İlham Əliyev: "Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik"

20 Oktyabr 2016 13:49

Bu sözləri dövlətimizin başçısı Qazaxda "Birinci Şıxlı" kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin ümayəndələri ilə görüşdəki çıxışında deyib

Bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq

20 Oktyabr 2016 13:17

"Qazax rayonunda şəkər çuğunduru üçün əkin sahələri nəzərdə tutulub. Bu da çox vacib bir sahədir. Çünki biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, İmişlidə fəaliyyətdə olan şəkər zavodu yerli xammal əsasında işləsin".

İsrailli ekspert: "Erməni diasporu mövcud vəziyyətin əbədi davam etməsini istəyir"

20 Oktyabr 2016 13:00

"İsrail Azərbaycanla əlaqələri çox əhəmiyyətli kimi qiymətləndirir. Qeyd olunmalıdır ki, İsrail-Türkiyə münasibətlərindəki böhrana baxmayaraq, Azərbaycan ölkəmizlə sıx əlaqələri qoruyub saxlayıb".

Ermənilər 22 dəfə atəşkəs rejimini pozub

20 Oktyabr 2016 12:24

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Təbriz və Ərdəbil bizə Gəncə və Şəki qədər əlçatan olmalıdır

20 Oktyabr 2016 12:15

Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş Azərbaycana Ərdəbildə beşulduzlu otel tikməyi təklif edib. Ərdəbildə ancaq dörüldüzlü otel var. Vali deyib ki, il ərzində Ərdəbil vilayətinə 4-5 milyon insan gəlir, Azərbaycandan isə Ərdəbilə gündə təxminən 500 nəfər gəlir.

Prezident Türkiyə səfirinin etimadnaməsini qəbul edib

20 Oktyabr 2016 11:36

Prezident İlham Əliyev Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.

Azər Həsrət: “Müxalifət yeni qrant imkanı əldə etmək dərdindədir” - MÜNASİBƏT

20 Oktyabr 2016 11:27

“Müxalifət öz düşüncələrinə uyğun siyasi məhbus siyahısı hazırlayıb və 94 nəfərin adını ora qeyd edib. Bu siyasi məhbus krtiteriyalarını onlar öz düşüncələri əsasında müəyyənləşdirib. Bu absurddur, özü də yekəsindən”. Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.