Siyasət

Televiziya və radio işçilərinə fəxri ad, orden və medallar verildi -SİYAHI

7 Noyabr 2016 17:50

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Azərbaycan prezidenti İlham Əliyev italiyalı naziri qəbul edib

7 Noyabr 2016 17:36

Olaylar.az AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İran XİN: Azərbaycanla viza rejiminin ləğvi prosesi mərhələli şəkildə aparılır

7 Noyabr 2016 16:52

“İran və Azərbaycan arasında viza rejiminin ləğvi prosesi mərhələli şəkildə irəli aparılır”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. 

Okeanın o tayında film kimi seçki kampaniyası

7 Noyabr 2016 15:01

Sahib Alıyev: “Bu dəfəki seçki kampaniyası əsl Hollivud ssenarisi əsasında təşkil olunmuşdu” Noyabrın 8-də (bu gün) Birləşmiş Ştatlarda Ağ Evin sayca 45-ci prezidenti seçiləcək. Cari ilin yanvar ayından başlayaraq günümüzə qədərə davam edən seçki kampaniyasının gedişinə nəzər yetirdikdə əslində bunun seçki deyil, bir siyasi oyun olduğu qənaətinə gəlmək mümkündür.

Ermənilərin təxribatı nəyə hesablanıb?

7 Noyabr 2016 14:42

 Deputat: “Cəbhə xəttində yenidən hava hücumları başlasa, münaqişə regiondan çıxacaq” Bu ilin aprel ayında işğal altında olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan sonra ermənilərin çəbhə xəttində təxribatları ara vermir. Azərbaycanın təxribata sürüklənməsi cəhdinin boşa çıxdığını görən ermənilər artıq cəbhə boyu hərbi təlimlərə başladıqlarını bəyan ediblər.

Ermənistanla danışıqlar anlamsızdır

7 Noyabr 2016 14:32

Separatçı rejimin “konstitusiyası”na nəzərdə tutulan dəyişikliklər bunu bir daha təsdiqləyir İşğalçı Ermənistan maksimum dərəcədə təxribat xarakterli addımlar atmaqla Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa, münaqişənin sülh yolu ilə həllini əngəllməyə çalışır.

Ermənilər niyə və nədən dönür?

7 Noyabr 2016 13:30

"Ermənistanda aparılan Konstitusiya islahatlarına qadınların daha aktiv cəlb olunması önəmli məsələdir. İslahat və dəyişikliklərin effektiv alınması üçün qadınlara ehtiyacımız var. 2015-ci ilin dekabrın 6-da keçirilmiş referendum başa çatmayıb - əksinə, çox mühüm prosesin ilkin mərhələsidir. Hazırdla ölkədə ciddi islahatlar aparılır".

Ermənilər 29 dəfə atəşkəsi pozub

7 Noyabr 2016 12:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Politoloq: “Bu, Rusiyanın ziyanına ola bilər”- AÇIQLAMA

7 Noyabr 2016 12:16

“Mosul əməliyyatı İranla Türkiyə arasında uzun müddət davam edəcək gərginliyin bünövrəsini qoya bilər. İranla Türkiyə son aylarda demək olar ki, normal münasibətlər qura bilmişdi”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Xədicə İsmayıl-Əli Kərimli savaşı SİYASİ ANALİZ

7 Noyabr 2016 12:15

“Siyasi məhbus” siyahısı üstündə baş verən qalmaqalın görünməyən tərəfləri AXCP sədri Əli Kərimlinin “Azadlıq” radiosunun sabiq əməkdaşı, hazırda “hüquq müdafiəçiliyi” ilə məşğul olan Xədicə İsmayılla savaşı davam etməkdədir. İlk başdan xatırlatmağa dəyərdi ki, hər iki şəxs uzun müddət hakimiyyətə qarşı dağıdıcı və aşırı radikallıqları ilə seçilməklə yanaşı, eyni zamanda bir əhatə dairəsindən çıxış edirdilər. Lakin hazırkı məqamda Ə.Kərimli ilə X.İsmayıl ayrı-ayrı düşərgəyə transfer olunublar. Buna səbəb isə yazının əvvəlində qeyd olunduğu kimi, “siyasi məhbus” məsələsidir. Artıq bəllidir ki, X.İsmayılın Avropa və beynəlxalq insan haqları təşkilatlarına təqdim olunacaq siyahısı Ə.Kərimlinin rəhbərlik etdiyi “işçi qrup” tərəfindən rədd edilib. Yeri gəlmişkən, AXCP sədrinin rəhbərlik etdiyi “işçi qrup”da “Milli Şura”nın sədri Cəmil Həsənli və “hüquq müdafiəçisi” Oqtay Gülalıyev təmsil olunur. Onlar qondarma siyahılarına 166 nəfərin adını qeyd edib, Qərb ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndəriblər.

Politoloq: “538 səsdən 271-ni qazanmaq lazımdır”- AÇIQLAMA

7 Noyabr 2016 12:13

“Əslində ABŞ - dakı bu ilki prezident seçkiləri Amerika tarixinin ən parlaq və yadda qalan seçkilərindən biridir. Sözsüz ki, seçkilərə bu qədər rəngarənglik qatan – respublikaçıların namizədi Donald Trampdır. Lakin, bu dəfəki seçkilər Amerika tarixinin ən kirli  seçkilərindəndir. Namizədlərin bir – birinin üzərinə etik normaları saymayaraq  şığıması Makiavellinin hələ 1515-ci ildə – “məqsəd vasitəyə haqq qazandırır” sözlərini  bir daha təsdiqləyir. Etiraf etmək lazımdır kı, dünyanın ən maraqlı, ən fərqli prezident seçkiləri məhz ABŞ –da keçirilir”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Yaxın zamanda Xankəndində, Şuşada da Bayrağımız dalğalanacaq

7 Noyabr 2016 12:08

“Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ümumiyyətlə bu, çox böyük bir bayramdır. Azərbaycan Respublikasının Bayrağı Azərbaycanın dövlət simvoludur, dövlətin atributlarından biridir. Təbii ki, bunun çox böyük bir tarixi var”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Hikmət Hacıyev: “Qarabağın adının dəyişdirilməsi Ermənistanın aldadıcı siyasətidir” 

7 Noyabr 2016 12:06

“Ümumiyyətlə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin adının “konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması cəhdi Ermənistanın beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupu həmsədrlərini növbəti dəfə aldatmaq siyasətidir”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“HDP hər zaman PKK-nın siyasi qanadı funksiyasını icra edib”- ŞƏRH

7 Noyabr 2016 12:04

“Türkiyədə kürdyönümlü HDP-yə (Xalqların Demokratik Partiyası) qarşı aparılan əməliyyatlar bu partiyanın indiyədək sərgilədiyi siyasi cizgiyə adekvat cavabdır. HDP hər zaman PKK və kürd bölücü qruplaşmalarının siyasi qanadı funksiyasını icra edib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Politoloq: "Dünya bu ərazini Dağlıq Qarabağ kimi tanıyır"

7 Noyabr 2016 12:03

“Ermənistan əvvəllər də hər yerdə “Artsax” adını gündəmə gətirməyə çalışıb. Amma dünya bu ərazini Dağlıq Qarabağ kimi tanıyır”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. O bildirib ki, bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ adı qeyd edilib: “Ona görə ermənilər özlərini öldürsələr də, heç nəyə nail ola bilməyəcəklər. Digər tərəfdən, axı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıyan yoxdur. Tanınmış dövlətin adını dəyişmək olar. Lap istəyirlər özlərini imperiya adlandırsınlar, separatçıları kimdir tanıyan?! Onların bu təxribatçı addımları heç nəyi dəyişmir”.