Siyasət

Aİ və Azərbaycan arasında yeni danışıqlar başlayacaq

4 Noyabr 2016 18:58

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlar üçün mandat bu ilin sonuna kimi verilə bilər".

Yol tikintisini tamamlamağa 2,1 milyon manat ayrıldı

4 Noyabr 2016 18:20

Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Elşad Həsənov: “Azərbaycanda “siyasi məhbus” yoxdur, bunun əksini iddia edənlər...” - AÇIQLAMA!

4 Noyabr 2016 16:08

“Azərbaycanda “siyasi məhbus” yoxdur. Bunu əksini iddia edənlər Azərbaycanın inkişafını istəməyən adamlardılar. Azərbaycanda söz və sərbəst toplaşmaq azadlığı ən yüksək səviyyədə təmin olunub. Hər bir azərbaycanlı qanunla müəyyən olunmuş formada öz hüquqlarından sərbəst şəkildə istifadə edir”.

Cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb 

4 Noyabr 2016 16:01

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir.

Qarabağda baş kəsən general hakimiyyətə gəlir 

4 Noyabr 2016 15:01

Dağlıq Qarabağdakı qondarma "rejimdə" kadr dəyişikliyi baş verib. Virtualaz.org xəbər verir ki, "deputat" Vitali Balasanyan "təhlükəsizlik şurası"nın katibi təyin olunub. İndiyə qədər bu vəzifəni tutan Viktor Köçəryan isə Balasanyana müavinlik edəcək.

"İnternet teleradio məkanını daraltsa da, Azərbaycan teleradiosu əhalinin 85%-nin informasiya ehtiyacını ödəyir"

4 Noyabr 2016 12:48

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilir. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak edirlər.

Ermənistan bir dövlət kimi iflas mərhələsindədir- AÇIQLAMA

4 Noyabr 2016 12:17

Cümşüd Nuriyev: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikiüzlülük edirlər" Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi müşahidə olunur. Rusiyalı politoloq Sergey Markov bunu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasına oturmaqdan imtina etməsi ilə əlaqələndirib. Politoloq Cümşüd Nuriyev isə SİA-ya  açıqlamasında rusiyalı politoloq Sergey Markovun yanaşmalarının bir o qədər də ciddi olmadığını bildirdi: "Bir neçə ay öncə də Markov Azərbaycanın beş rayonunu ermənilərdən almışdı. S.Markovun növbəti dəfə belə iddia ilə çıxış etməsi işğalçı Ermənistana bir mesajdır ki, hələ ki, sizinlə masa arxasında oturmağın vaxtı deyil. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yəni Azərbaycan dövlətinin öz marağı, mövqeyi, şərtləri var. Biz şərtlərimiz daxilində hər cür sülh danışığına getməyə hazırıq. Demək olar ki, bu gün Ermənistan bir dövlət kimi iflas mərhələsindədir. Bəzi Ermənistanı himayə edən xarici dövlətlər çalışlar ki, işğalçı ölkəni iflas olmaqdan xilas etsinlər".

Tamerlan Vahabov: “Məsul şəxslər məsuliyyətə cəlb ediləcək”- AÇIQLAMA

4 Noyabr 2016 12:11

“ABŞ-dakı bir qrup erməni ABŞ hərbi təyyarələrinin ehtiyat hissələrini İrana keçirməklə məşğuldur. Ənənəvi olaraq erməni diasporunun nümayəndələri bir çox qeyri-qanuni hərəkətlərdən istifadə ediblər”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Bəhruz Quliyev: “Azərbaycanda mətbuat tam azad və müstəqildir”- AÇIQLAMA

4 Noyabr 2016 12:10

“Sərhədsiz Reportyorlar”, “Freedom House” və digər bu kimi beynəlxalq təşkilatlar daim Azərbaycanın əleyhinə olanların sifarişlərini yerinə yetirməklə məşğuldurlar”. SİA-nın məlumatına görə, bunu azvision.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Politoloq: “Rusiyanın qorxduğu hiss olunur”- AÇIQLAMA

4 Noyabr 2016 12:03

“Rusiya ABŞ-la münasibətləri SSRİ dövründə olduğundan da təhlükəli səviyyədə gərginləşdirib”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Cəmil Həsənli özünü və Əli Kərimlini YANDIRDI+AÇIQLAMA

4 Noyabr 2016 12:00

““Siyasi məhbus” siyahısı hazırlamamışıq” “Biz “Milli Şura” olaraq demək istəyirik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası “siyasi məhbus” siyahısı hazırlamayıb və bu işdə iştirak etməyib”. Sözügedən fikirləri SİA-ya “Milli Şura”nın sədri Cəmil Həsənli son günlər müxalifət düşərgəsində hüquq müdafiəçiləri və QHT-lər tərəfindən hazırlanmış “siyasi məhbus” siyahısı ilə bağlı yaşanan ziddiyyətli məqamları şərh edərkən deyib.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder: İlham Əliyev öz ölkəsinin böyük lideridir

4 Noyabr 2016 11:08

Rusiyanın paytaxtında "Gələcəyi qoruyaq" adlı Birinci Moskva Beynəlxalq Konfransı keçirilib. Antisemitizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş bu konfransda müxtəlif ölkələrdən olan siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edirdi.