“HDP hər zaman PKK-nın siyasi qanadı funksiyasını icra edib”- ŞƏRH

“Türkiyədə kürdyönümlü HDP-yə (Xalqların Demokratik Partiyası) qarşı aparılan əməliyyatlar bu partiyanın indiyədək sərgilədiyi siyasi cizgiyə adekvat cavabdır. HDP hər zaman PKK və kürd bölücü qruplaşmalarının siyasi qanadı funksiyasını icra edib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

"Türkiyədə kürdyönümlü HDP-yə (Xalqların Demokratik Partiyası) qarşı aparılan əməliyyatlar bu partiyanın indiyədək sərgilədiyi siyasi cizgiyə adekvat cavabdır. HDP hər zaman PKK və kürd bölücü qruplaşmalarının siyasi qanadı funksiyasını icra edib". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, HDP-nin fəaliyyəti, şübhəsiz ki, bu tip qərarların qəbul edilməsi üçün kifayət qədər ciddi əsaslar verməkdə idi: "Lakin vurğulanmalıdır ki, partiya ilə bağlı qəbul edilən qərarların ləğvinə nail olmaq üçün bütün mümkün təzyiq elementlərindən də istifadə edilməsinə çalışılacaq. Bu, ölkə daxilində özünü göstərəcəyi kimi, ölkə xaricində də özünü büruzə verəcək. HDP-nin parlament iclaslarına qatılmaqdan imtina etməsi bunun ilk işərəsidir. Eyni zamanda PKK və digər separatçı qruplaşmalar da ölkə daxilində aktivləşəcəklər".

Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışlayıb

V.Zifəroğlu hesab edir ki, Qərbin də müəyyən siyasi təzyiq alətləriini işə salacağı gözləniləndir: "Məqsəd şübhəsiz ki, təzyiq etmək və qərarın dəyişdiriləməsinə nail olmaqdır. Lakin düşünmürəm ki, bununla nəsə əldə etmək mümkün olsun. Belə bir ciddi qərar qəbul etməmişdən əvvəl Ankara, Qərbin siyasi təzyiqlərini gücləndirəcəyini nəzərə almaya bilməzdi. Onsuz da son aylarda Qərb və Türkiyə münasibətləri bir o qədər isti deyildi. Həbs edilən HDP-li millət vəkillərinin uzun müddət nəzarət altında saxlanılacağı da inandırıcı deyil. İstintaq getdiyi müddət ərzində onları müvəqqəti olsa belə sərbəst buraxa bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31