Siyasət

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

8 Noyabr 2016 14:32

Türkiyənin İstanbul şəhərində V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

1915-ci ildə ermənilərin genosidə məruz qalması məsələsində ziddiyyətlər var

8 Noyabr 2016 13:55

"1915-ci ildə ermənilərin genosidə məruz qalması ilə bağlı ziddiyyətli məqamlar var". APA-nın məlumatına görə, bunu bu gün "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" mövzusunda Bakıda beynəlxalq konfrans çərçivəsində keçirilən "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" mövzusunda paneldə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ermənilərin 1915-ci ildə soyqırıma məruz qalıb-qalmaması ilə bağıl sualı cavablandırarkən deyib.

Buraya gəlib Xocalı soyqırımının qurbanlarının ruhunu yad etmək istədim

8 Noyabr 2016 13:31

"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması üçün vacib nöqtə məhz humanizmdir".

Cəbhədə 16 dəfə atəşkəs pozulub

8 Noyabr 2016 12:44

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycanda hərbi vəziyyət 48 saata elan ediləcək

8 Noyabr 2016 12:11

“Milli Məclis bundan sonra Azərbaycanda hərbi vəziyyəti 72 saata yox, 48 saata elan edəcək”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Bakıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan konfrans keçirilir

8 Noyabr 2016 12:06

Noyabrın 8-də Bakıda Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda konfrans keçirilir.

Azərbaycan multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında da tanınmasına töhfə verir

8 Noyabr 2016 11:56

Azərbaycan Prezidenti İlham Əliyev "Teatr və multikulturalizm" mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına müraciət edib.

"İŞİD və ya "Taliban" Avropa, Qərb parlamentində təmsil olunsa, münasibətləri necə olar?!"

8 Noyabr 2016 11:16

“Qanlı terror təşkilatı olan PKK-nı dəstəkləyən millət vəkillərinin həbs olunması Türkiyədəki mövcud vəziyyət baxımından lazımlı bir addım idi”. Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-prezidenti, siyasi  ekspert Mehmet Fatih Öztarsu deyib.

Klinton ABŞ-da açılmış ilk seçki məntəqəsində qalib gəldi7 NƏFƏR ÜÇÜN MƏNTƏQƏ

8 Noyabr 2016 11:15

ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klinton Nyu-Po ştatının Diksvill Notç şəhərciyində verilmiş səslərə görə qalib elan olunub. Bu şəhərcik 1960-cı ildə yaradılıb və oranın sakinləri yerli vaxtla gecə yarısı səs vermək hüququna malikdirlər. Daha dəqiq desək, ölkənin digər seçki məntəqələrinin açılmasına saatlar qala, artıq bu şəhərcikdə səsvermələr yekunlaşır.

Məzahir Pənahov ABŞ-da seçkiləri izləyəcək

8 Noyabr 2016 11:12

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib. Bu barədə məlumat MSK mətbuat xidmətindən verilib. Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES Prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq.

Uorlik: “Hamburq görüşünü səbirsizliklə gözləyirik”

7 Noyabr 2016 18:57

"Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində gələcək addımları üçün tərəflərlə işləməyə davam edir. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır”. 

Azərbaycanda “Hərbi vəziyyət haqqında” qanun yenidən hazırlanıb

7 Noyabr 2016 18:39

Azərbaycanda “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi hazırlanıb.

Üç nəfərə prezidentin fərdi təqaüdü veriləcək

7 Noyabr 2016 18:14

Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.